Xüsusi karantin rejimi ilə əlaqədar Saatlı rayonunda nəzarət-profilaktiki tədbirlər davam etdirilir
Bakı, 21 avqust, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Saatlı rayonu ərazisində də nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşlarının ticarət mərkəzlərində və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda keçirdikləri tədbirlər zamanı sahibkarlarla və sakinlərlə izahedici söhbətlər aparılıb, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi diqqətə çatdırılıb. Həmçinin qapalı məkanlarda sosial məsafənin gözlənilməsinin koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınmasında vacib amillərdən olduğunu bildirən polis əməkdaşları vətəndaşları müəyyən olunmuş qaydalara ciddi riayət etməyə çağırıblar.
Keçirilən tədbirlər zamanı qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq olunub.