Yanğından zərər çəkmiş sahibkarlara daha iki ticarət obyektində yer təklif olunub
Bakı, 31 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha ikisi əlavə olunub:
1. Bakıxanov qəsəbəsi, “Aygün” Ticarət Mərkəzi (Mall), 5-ci mərtəbə - 80 obyekt, 6000 m2. Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215-43-43).
2. Bakıxanov qəsəbəsi, “Meqasiti” Ticarət Mərkəzi (2 mərtəbəli) - 250 obyekt, 12000 m2. Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215-43-43).
3. Dərnəgül şosesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kvadratmetr arasında dəyişən 30 mağaza. Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297-11-11).
4. Təbriz küçəsində yerləşən “Eurohome Express”də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kvadratmetr arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796-55-55).
5. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kvadratmetr olan 20 mağaza və 200 kvadratmetr olan 5 anbar. Əlaqələndirici şəxslər: Fərid Mahmudov (tel: 050 211-81-89), Qabil Nəhmədov (tel: 050 213 33 68).
6. “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kvadratmetr olan qapalı sahə (20 kvadratmetr olmaqla bölgü aparıla bilər). Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313-81-18).
7. S.Vurğun küçəsində yerləşən “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kvadratmetr arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725-06-60).
QEYD: İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255-80-07).