Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP Xətai rayon təşkilatında Qələbəmizin ildönümü münasibətilə qazilərlə görüş keçirilib

Bakı, 4 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında Vətən müharibəsi qaziləri - mayor Murad Şirinov, kapitanlar Anar Məmmədov və Vüsal Həsənov, baş leytenant Həsən Allahverdiyevin iştirakı ilə görüş təşkil olunub.

YAP Xətai rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək deyib: “Bu gün şanlı Qələbəni bizə yaşadan insanların bir qrupu - Xətai rayonundan olan qazilərimizlə görüşə gəlmişik. Qələbə bayramımızı onlarla birgə qeyd edirik. Bu görüş öz mahiyyətinə və dəyərinə görə ən yaddaqalan, tarixi tədbirlərdəndir. Hesab edirəm ki, Azərbaycan öz qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. 44 günlük Vətən müharibəsində Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandı. Əlbəttə, bu Qələbə asan əldə edilmədi, şəhid verdik, xeyli sayda döyüşçülərimiz qazi oldular. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqları, torpaq sevgisi, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Şəhidlərimizə hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcu, həyat amalı olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu ideya və prinsiplərlə böyüməlidirlər. Şəhidlər hər birimizin qardaşı, əzizi, eyni zamanda, Azərbaycan xalqının baş tacıdır”.

V.Rəhimzadə vurğulayıb ki, şəhidlərimizin və qazilərimizin valideynləri qürur hissi keçirməlidirlər ki, onlar vətənpərvərlik, Vətənini, dövlətini, xalqını sevmək nümunəsini ortaya qoyan, qəhrəmanlığından əsrlərboyu danışılacaq, filmlər çəkiləcək, kitablar yazılacaq belə mərd və qorxmaz Vətən oğulları böyüdüblər: “Vətən sevgisini, xalqa məhəbbəti, yurda bağlılığı özündə ehtiva edən bu cür cəsur oğullar böyüdən valideynlərin də qarşısında baş əyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə cansağlığı arzu edirəm”.

Qarabağ qazisi, kapitan Anar Məmmədov da çıxışında o günləri bir daha yada salıb: “Mən 2020-ci il sentyabrın 26-da sentyabrında “N” saylı hərbi hissəyə yollananda artıq hər şeyi göz önünə almışdım. Müharibədən bir ay öncə də mətbuata müsahibəmdə demişdim ki, baxmayaraq sağlamlığımı itirmişəm, yaralı olmuşam, o savaşda iştirak etmək mənim borcumdur. Sentyabrın 27-də əks-hücum əməliyyatları başlayanda olduğum hərbi hissənin ərazisini yaxşı bildiyim üçün artıq ayın 28-də döyüşə qatıldım. Döyüşlər başlanan gündən inanırdım ki, biz sona qədər gedəcəyik. Allah nəsib etdi ki, biz qalib bir millət kimi Zəfər sevincini yaşadıq və ərazi itkisi ləkəsini öz üzərimizdən sildik. İtirilmiş torpaqlarımız öz tarixi sahibinə qayıtdı. Qələbəni təmin etdik.”

Tədbirdə çıxış edən mayor Murad Şirinov, kapitan Vüsal Həsənov və baş leytenant Həsən Allahverdiyev Qələbəmizin birinci ildönümü münasibətilə təşkil edilən tədbirə görə YAP Xətai rayon təşkilatına təşəkkür ediblər. Vurğulayıblar ki, 27 sentyabr - Azərbaycanın hərb tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan gündür. Məhz o gündə xalqımız, Silahlı Qüvvələrimiz həmrəylik göstərərək Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmənin növbəti təxribatının qarşısını almaq üçün 44 günlük Vətən müharibəsinə başladı və son nəticədə Zəfər çaldı.

Qazilər Azərbaycan Silahlı Qüvvələrinə ilk qədəmlərimizi qoyan andan Vətənimiz Azərbaycana və onun xalqına sadiq olacaqlarına and içdiklərini bildiriblər: “Azərbaycanın mənafeyini, suverenliyini, ərazi bütövlüyünü qoruyacağımıza and içmişik. Əlbəttə, bununla yanaşı, bir azərbaycanlı kimi bu savaş həm də bizim Vətənə qeyrət, namus borcumuz idi. Biz haqq savaşçısı idik. Biz öz sərhədlərimiz çərçivəsində, ata-baba torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürdük. Biz bilirdik ki, hərbi qulluqçular olaraq gec-tez bu tapşırığın öhdəsindən gəlməliyik. Elə ona görə də Zəfər qazandıq”.

Görüşdə çıxış edən şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur bildirib: “Fəxr edirəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz ildırım sürəti ilə torpaqlarımızı murdar ermənilərin tapdağından azad etdi. Qəhrəmanlarımız can verdi ki, yurdumuz yaşasın. Döyüşən əsgər heç zaman fikirləşmir ki, atası, anası, övladı var. Onun bir amalı var: Vətən, Torpaq, Qələbə. Xalqımızın igid övladları “Vətən”, “xalq” deyərək ən şirin nemət olan canlarını bu yolda qurban verdilər. Bu gün üzümüz ağ, başımız ucadır. İndi biz Vətən torpağına ayağımızı möhkəm basırıq. Şəhidlərimizin və qazilərimizin hər birinə bir ömür borcluyuq. Belə tədbirlərin keçirilməsini alqışlayıram. Bu həm də bir Zəfər tədbiridir.”

Sonra YAP Xətai rayon təşkilatının sədri və qazilər partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim ediblər.

Görüşün sonunda qazilərə hədiyyə təqdim edilib və xatirə şəkli çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO