Yaponiya hərbi dəniz qüvvələri yeni sualtı qayığını istismara qəbul edib
Tokio, 18 mart, AZƏRTAC
Martın 18-də “Seryu” sinfindən olan yeni dizel-elektrik zərbə sualtı qayığı Yaponiya hərbi dəniz qüvvələrinə təhvil verilib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, yeni qayığın istismara qəbulu mərasimi “Kawasaki Shipbuilding” şirkətinin Kobe şəhərindəki tərsanəsində keçirilib. Uzunluğu 84 metr, su tutumu həcmi 2950 ton olan qayıq altı torpedo aparatı ilə təchiz edilib ki, bunlardan həm də “Harpoon” raketləri də buraxıla bilər. Qayığın heyətinin 65 nəfərdən ibarət olacağı bildirilir.
Qeyd edilir ki, bu, “Soryu” sinfindən olan 10-cu qayıqdır və mütəxəssislər onu dünyanın ən yaxşı sualtı qayıqlarından biri hesab edirlər. Fasiləsiz olaraq suyun altında qalmaq xüsusiyyətinə görə bu qayıqlar atom sualtı qayıqlarına bərabər götürülür və səssizliyi ilə fərqlənir.
Tokio hazırda öz hərbi dəniz qüvvələrində təlim qayıqları da daxil olmaqla, 21 sualtı qayığa malikdir. Hazırda “Kawasaki Shipbuilding” şirkətinin tərsanələrində həmin sinifdən olan daha iki sualtı qayıq inşa edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]