Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiya: hökuməti istefaya aparan səbəblər və gözlənilən nəticələr

Yaponiya: hökuməti istefaya aparan səbəblər və gözlənilən nəticələr

Tokio, 3 avqust, AZƏRTAC 

Gözlənildiyi kimi, avqustun 3-də Yaponiyada Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumət yeni Nazirlər Kabinetini formalaşdırmaq məqsədilə tam tərkibdə istefaya getdi. Bunun səbəbi kimi hakim Liberal Demokratik Partiyanın (LDP) və Baş nazir Şinzo Abenin son vaxtlar baş verən qalmaqallar fonunda reytinqinin kəskin aşağı düşməsi göstərilir.

Doğrudur, Yaponiyanın son hökumətinin mövcud olduğu dörd il yarım müddət ərzində Nazirlər Kabinetinin reytinqinin aşağı düşməsi artıq bir neçə dəfə qeydə alınıb, lakin bu dəfəki eniş demək olar ki, bütün rekordları keçib.

Son iki ayda reytinqin hər ay 10 faizə qədər aşağı enməsi artıq hökumət qarşısında başqa çıxış yolunun olmadığını açıq şəkildə göstərdi. Mütəxəssislərin rəyinə görə, hətta yeni hökumət Nazirlər Kabinetinin reytinqinin qısa müddətdə bərpasına və artmasına nail olmaq üçün mühüm işlər görməlidir. Əgər yaxın keçmişə nəzər salsaq, Ş.Abe administrasiyasının reytinqinin parlament tərəfindən dövlət sirri haqqında, həmçinin sülh və təhlükəsizliklə əlaqədar qanunlar qəbul edildikdən sonra da endiyini görə bilərik. Həmin vaxt hökumətin siyasi xətti və fəaliyyəti reytinqin tezliklə yüksəlməsini təmin etdi. Lakin son hadisələr bunun bir daha təkrar olunacağı barədə proqnoz verməyi çətinləşdirir və vəziyyətin hələ bir müddət davam edəcəyi gözlənilir.

Hökumətdə və hakim LDP-də belə bir mövqe dəstəklənir ki, istər reytinq, istərsə də digər statistik göstəricilər qalxıb-enə bilər və bunların qalxması üçün işdə əldə edilən uğurlu nəticələr kifayətdir. Belə tədbirlərdən biri kimi, məhz adı qalmaqallarda hallanan nazirlərin, o cümlədən LDP rəhbərliyindəki bəzi şəxslərin istefaya göndərilməsi və yeni nazirlərin təyin edilməsi göstərilir.

Bundan əlavə, mütəxəssislər tərəfindən Ş.Abe hökumətinin qazana biləcəyi xallar qismində xarici siyasətdəki irəliləyiş də qeyd edilir. Həmin təcrübə əvvəllər də hökumətə dəstək olub. Bu mənada ABŞ, Avropa İttifaqı, Çin və Rusiya ilə münasibətlərdə baş verə biləcək irəliləyişlər, o cümlədən Şimali Koreya məsələsi ilə bağlı digər müttəfiqlərlə yaxınlaşma növbəti xalların toplanmasına dəstək ola bilər.

Bəs hökumətin reytinqinin düşməsi hansı səbəblərdən qaynaqlanır?

Bu sualı cavablandırmaq üçün çox da uzaq olmayan keçmişə nəzər salmaq kifayətdir. 2012-ci ildə böyük qələbə ilə hakimiyyətə qayıdan Ş.Abe və onun komandası demək olar ki, uzun müddət yapon daxili siyasətində yeganə lider mövqeyini saxlaya bildi. İqtisadi irəliləyişə səbəb olan “abenomika” və xarici siyasətdəki irəliləyiş hökumətin xalqın əksəriyyəti tərəfindən dəstəklənməsi ilə müşahidə edilirdi. Hətta bir müddət hökumətin reytinqi görünməmiş səviyyədə artaraq 74 faizə çatmışdı.

Ş.Abe hökumətinin mövqelərinə ilk zərbə 2014-cü ildə dəydi. Həmin vaxt müxalifətin kəskin etirazına və əhali tərəfindən keçirilən mitinqlərə baxmayaraq, LDP parlamentin hər iki palatasında II Dünya müharibəsindən sonra ilk dəfə olaraq özünümüdafiə qüvvələrinə xaricdə müəyyən şərtlər daxilində silahdan istifadə hüququ verən qətnamənin qəbuluna nail oldu. Həmin vaxt Ş.Abe hökumətini reytinqi 48 faizə düşdü. Daha bir il sonra parlamentdəki böyük üstünlüyündən istifadə edən hakim blok həmin qətnamənin qanun halında möhkəmlənməsinə nail oldu. Bu, hökumətin reytinqini 41 faizə endirdi.

Bundan sonra Ş.Abe və onun komandası mütəxəssislərin mümkün saymadığı bir uğura imza atdı. Hakim komanda nəinki reytinqin düşməsini dayandırdı, habelə onun 50 faizə qalxmasına nail oldu. Hökumətin reytinqində silkələnmələr növbəti dəfə cari ildə baş verdi. Qalmaqallar silsiləsi, korrupsiya və vəzifədən sui-istifadə kimi hökumət üzvlərinə yaraşmayan hərəkətlərlə əlaqədar şübhələr hakim LDP-nin mövqeyinə böyük zərbə vurdu. Yaponiyada hökuməti dəstəkləyənlərin sayı 33-36 faiz səviyyəsinə endi.

Baş nazir Şinzo Abenin özü belə kəskin tənqid atəşinə tutuldu. Onun adı “Kake Qakuen” təhsil müəssisəsində baş vermiş qalmaqalda hallandırıldı. Ş.Abe vəzifəsindən sui-istifadə edərək, yaxın dostuna yardım göstərmək cəhdində ittiham edildi.

İstefa ərəfəsində hökumətdə qalmaqallar demək olar ki, gündəlik normaya çevrilmişdi. İstefalar və yeni tərkibin formalaşması ilə hökumət bunun qarşısını almaq niyyətindədir.

Hökumətin reytinqinin aşağı düşməsi və “Kake Qakuen” ətrafında baş verən qalmaqal bu ərəfədə mətbuatın ən çox diqqət ayırdığı mövzuya çevrilmişdi. Demək olar ki, əksər qəzetlərin redaksiya məqalələri məhz bu məsələyə həsr edilir və yaranmış vəziyyət təhlil olunur.

Əhali arasında da müəyyən inamsızlıq yaranıb. Bir çoxları hökumətdən gözləntilərinin tam doğrulmadığını, verilən vədlərin həyata keçirilmədiyini bildirirlər.

Bu ərəfədə hökumətlə bağlı qalmaqallara baxmayaraq, Yaponiyada bir çoxları vəziyyəti sabit hesab edir və Baş nazirin böyük nüfuzuna inandıqlarını deyirlər. Onlar hesab edirlər ki, indiki halda hökuməti Ş.Abe kimi idarə edə biləcək ikinci siyasi lider yoxdur. Eyni zamanda, bildirirlər ki, mövcud iqtisadi sabitlik və xarici siyasətdəki irəliləyişlər əvvəlki hökumətlərin dövründəki ilə müqayisədə daha yaxşıdır. Məhz belə mövqedə olanların sayca üstünlüyü həm müxalifəti, həm də digər narazı qüvvələri etiraz aksiyalarından, mitinqlərdən çəkindirir.

Mütəxəssislərin qənaətinə görə, əgər Ş.Abe hökumətin mövqelərini möhkəmləndimək və hakimiyyətdə qalmaq istəyirsə, mümkün iki variantdan birini seçməlidir. Bu variantların hər birinin özünəməxsus müsbət və mənfi tərəfləri, eyni zamanda, LDP-də tərəfdarları var.

İlk variant hazırda baş verən hökumət dəyişikliyini və qalmaqallara səbəb olmuş nazirlərin istefasını nəzərdə tutur. Bunun ardınca parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təklif edilir. Bu variantın müsbət tərəfi Ş.Abenin, o cümlədən LDP-nin qələbəsini və hakimiyyəti əldə saxlamasını təmin etməsidir. Lakin bu, əvvəlki kimi liberal demokratların tam hakimiyyəti demək olmayacaq, yəni LDP aşağı palatadakı səs çoxluğundan istifadə edərək istədiyi qanunu parlamentdə keçirə bilməyəcək. Eyni zamanda, neytral partiyaların mandatları xüsusi üstünlük qazanacaq və bu, hakim blokla müxalifətin onların səsi uğrunda mübarizəsini kəskinləşdirəcək.

Parlamentin buraxılması və növbədənkənar seçkilər keçirilməsi ideyasını keçmiş Baş nazir, hazırda Baş nazirin müavini və maliyyə naziri vəzifəsini tutan Taro Aso dəstəkləyir. Maraqlı burasındadır ki, T.Aso 2008-2009-cu illərdə Baş nazir olarkən də belə mövqenin tərəfdarı idi. Lakin sonradan partiyadakı həmkarları onun mövqeyini dəyişməsinə nail ola bildilər. Nəticədə bu, 2009-cu ildə partiyanın böyük məğlubiyyəti ilə nəticələndi və LDP müxalif cəbhəyə keçməyə məcbur oldu.

İkinci variant hökumət dəyişikliyindən sonra 2018-ci ilin dekabrında baş tutacaq növbəti seçkilərin keçirilməsini gözləməyi nəzərdə tutur. Bu, hakim partiyaya reytinqin bərpası və seçicilərin inamını qaytarmaq üçün il yarım vaxt qazanmaq imkanı yaradır. Bu variantı isə hökumətdə ikinci şəxs hesab edilən Yoşihide Suqa dəstəkləyir. Lakin nəzərə almaq lazımdır ki, bu variantın da çatışmayan cəhətləri var. LDP üzvlərinin yaratdığı qalmaqalların başvermə tezliyini nəzərə alsaq, düşünmək olar ki, qarşıdakı 18 ayda hökumət nüfuzunu tam itirə və seçkiləri uduza bilər.

Söz yox ki, hakimiyyət uğrunda mübarizə demokratların rəhbərlik etdiyi müxalifətin daxili böhranı həll etməsindən və LDP-yə qarşı real gücə çevrilməsindən asılı olacaq. Qeyd etmək yerinə düşər ki, Demokratik Partiyanın (DP) reytinqi daha aşağı səviyyədə - cəmi 6 faiz həddində qalmaqdadır. İnsanlar DP-nin hakimiyyətdə olduğu 2009-2012-ci illərdəki yarıtmaz vəziyyəti hələ də yaddan çıxarmayıb.

Bunun əvəzində isə Ş.Abe hökumətinə qarşı növbəti seçkilərdə Tokio qubernatoru xanım Yurike Koikenin rəhbəri olduğu “Prefektura sakinləri hər şeydən üstündür” hərəkatı ciddi rəqib qismində çıxış edə bilər. Bunu bir qədər əvvəl Tokio assambleyasına keçirilən seçkilər də birbaşa təsdiqlədi. Hazırda Y.Koike ümumi seçkilərdə iştirak etmək niyyətində olmadığını nümayiş etdirir. Onun başı Tokiodakı çoxsaylı işlərə, o cümlədən 2020-ci il Olimpiadasına qarışıb. Bununla yanaşı, bir il əvvəl heç kəs deyə bilməzdi ki, Y.Koike ətrafına çox sayda elektorat toplayaraq seçkilərdə mühüm qələbə qazana bilər. Son bir il yarımda o, iki dəfə - Tokio qubernatorunun və paytaxt assambleyasının seçkilərində göstərdi ki, çox qısa müddət ərzində ətrafına milyonlara seçici yığa bilər.

Yaranmış vəziyyətdə, əvvəlcədən də dediyimiz kimi, çıxış yolu olaraq Ş.Abenin yeritdiyi xarici siyasət mütəxəssislər tərəfindən xüsusi qeyd edilir. Bildirilir ki, əvvəllər, Nazirlər Kabinetinin reytinqi enən zaman hökumət lazım olan xalları ölkə daxilində deyil, məhz xarici siyasətdə əldə edə bilib. Buna misal olaraq, analitiklər 2015-ci ilin yazını göstərirlər. Həmin vaxt bir çoxları hökuməti müdafiə sahəsində qanuna dəyişikliklərə görə tənqid edərkən vəziyyəti Cənubi Koreya ilə əldə edilən razılaşma nəticəsində yoluna qoymaq mümkün olmuşdu.

İndiki halda da Ş.Abe ABŞ və Cənubi Koreya ilə olduğu kimi, Rusiya və Çinlə də dialoqa can atır. Baş nazir yaxın zamanlarda Rusiyaya səfərə hazırlaşır və iki ölkə arasında mübahisəli adalarda həyata keçirilməsi planlaşdırılan birgə iqtisadi layihələr həmin məsələdə mühüm rol oynaya bilər. Bu layihələr ümumi nəticədə ərazi mübahisəsini həll etməyə və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına aparıb çıxara bilər.

Bununla yanaşı, Yaponiya hökumətinin Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqədar həyat keçirdiyi siyasət də əhali tərəfindən dəstəklənir.

Bütün bu deyilənlərin fonunda Yaponiya Nazirlər Kabinetində aparılan dəyişikliklərin hansı nəticələr verəcəyini proqnozlaşdırmaq olduqca çətindir və bunu mütəxəssislər də etiraf edirlər. Söz yox ki, hər şey yeni tərkibin təsdiqindən sonra hökumətin atacağı ilk addımlardan asılı olacaq.

Bundan əlavə, aparılan dəyişikliklər partiyadaxili mübarizənin kəskinləşmə dərəcəsinin müəyyənləşməsinə da aydınlıq gətirəcək. 2018-ci ilin sentyabrında keçiriləcək partiya sədrinin seçkilərində Baş nazirin rəqibi kimi sabiq xarici işlər naziri Fumio Kişidanın adı çəkilir. Əgər o, təklif edilən vəzifəni tutmağa razılıq verərsə, bu, Ş.Abenin lider mövqeyini saxlaması demək olacaq.

F.Kişidanın könüllü şəkildə hökumətin tərkibindən çıxması isə onun partiyanın sədri vəzifəsi uğrunda mübarizəyə başlayacağını deməyə əsas verəcək. Əgər hökumət və LDP yaranmış ağır vəziyyəti yoluna qoyarsa, böhran 2018-ci ilin dekabrında, parlamentə ümumi seçkilər zamanı başa çatacaq.

Eyni zamanda, hökumətin tərkibindəki son dəyişikliklər zamanı ortaya böyük siyasətə qədəm qoyacaq tamamilə yeni fiqurlar da gələ bilər.

Göründüyü kimi, qarşıdakı ilin Yaponiya siyasəti üçün çox gərgin bir dövr olacağı gözlənilir. Hər şey bu gün formalaşan yeni hökumətin fəaliyyətindən və qısa müddətdə əldə ediləcək nəticələrdən asılı olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib