YAPONİYA ÖLKƏMİZDƏ NƏQLİYYATIN İNKİŞAFINA KREDİT AYIRMAĞA HAZIRDIR
Nazirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Ziya Məmmədov Böyük İpək yolunun fəaliyyətindən, TRASEKA layihəsinin inkişafından, Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətindən, eləcə də, beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissəsində görülən işlərdən danışmışdır.
Toşiyuki Fucivara ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsini xalqlarımızın qədim dostluğunun təzahürü kimi qiymətləndirmişdir. O, təmsil etdiyi dövlətin Qafqaz nəqliyyat dəhlizinə daim maraq göstərdiyini, Azərbaycan hökumətinin nəqliyyat siyasətini bəyəndiyini, eləcə də, Yaponiya höküməti tərəfindən ölkəmizə ayrılan kreditlərin düzgün istiqamətdə sərf olunmasından razı qaldığını bildirmişdir. Diplomat demişdir ki, Yaponiya hökuməti Azərbaycanda nəqliyyatın inkişafı üçün yeni layihələrə kredit ayırmağa hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]