Yaponiyada mayın 14-də iki güclü zəlzələ baş vermişdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Yaponiyanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələnin episentri Fukusima prefekturasının sahilində, mənbəyi 30 kilometr dərinlikdədir. Yaponiyanın 47 prefekturasından 17-nin sakinləri güclü yeraltı təkanları hiss etmişlər.
Bu gün Honsü adasının şərqində baş vermiş digər zəlzələ isə daha güclü olmuşdur. ABŞ Geoloji Xidmətinin məlumatına görə, həmin zəlzələnin episentri İvaki şəhərindən 57 kilometr qərbdə, mənbəyi 37,6 kilometr dərinlikdə olmuşdur. Dağıntılar və həlak olanlar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.
Mayın 14-də Yaponiyanın “Hamaoka” Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti dayandırılmışdır. Stansiyanın beşinci enerji bloku yerli vaxtla səhər saat 10-da (Bakı vaxtilə 6-da) sonuncu dəfə elektrik enerjisi istehsal etmişdir. AES-in bağlanması qərarı ona görə qəbul edilmişdir ki, “Hamaoka” AES potensial təhlükəli zonada yerləşir. Seysmoloqların proqnozlarına görə, yaxın 30 ildə stansiya rayonunda 8 bal gücündə zəlzələ olacağı ehtimal edilir. “Hamaoka” AES ölkənin paytaxtı Tokiodan 200 kilometr cənub-qərbdə yerləşir . Xəbər verildiyinə görə, stansiya ən azı 2 il müddətində fəaliyyət göstərməyəcəkdir.
Yaponiyada baş vermiş dəhşətli zəlzələ və Sunami nəticəsində həlak olanların sayı 15019 nəfərə çatmışdır. Yaponiya Milli Polis İdarəsi xəbər vermişdir ki, ölkənin 6 prefekturasında itkin düşmüş insanların sayı 9506 nəfər təşkil edir. Ölkənin 18 regionunda yaradılmış müvəqqəti sığınacaqlarda hələ də 114 min sakin qalmaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]