Yaponiyada tənha ölən yaşlı insanların sayı artır
Bakı, 15 may, AZƏRTAC
Cari ilin birinci rübündə Yaponiyada 22 minə yaxın insan evdə tənhalıqda vəfat edib.
AZƏRTAC Yaponiya Milli Polis İdarəsinə istinadla xəbər verir ki, proqnozlara görə, onların sayı ildə 68 minə qədər arta bilər. Həmçinin özünütəcrid və özünə laqeydlik səbəbindən ölən insanların sayının artması gözlənilir.
“Koritsusi” (tənha ölüm) termini Yaponiyada 1995-ci ildə Kobada baş vermiş zəlzələdən sonra tanınıb, həmin vaxt bir çox yaşlı insan icmalarını tərk etməyə və müvəqqəti yaşayış yerlərində yaşamağa məcbur qaldılar. Bəziləri daha sonra özlərinə qayğı göstərməkdən və ya başqalarından kömək almaqdan imtina edərək özlərini təcrid etdilər.
“Koritsusi” heç kim bilmədən ölmək və cəsədin müəyyən müddətdən sonra tapılması deməkdir. Yaponiya əhalisinin sürətlə qocalması və bir nəfərlik ev təsərrüfatlarının payı indiki 36 faizdən yüksələcəyi üçün bu vəziyyət daha da yayıla bilər.
Ekspertlərin fikrincə, buna səbəb yaddaş və psixi sağlamlıq problemləridir, hökumət isə hətta yaşlı insanlar qayğıdan imtina etdikdə belə, dəstək vermək üçün yollar tapmalıdır.
2023-cü ilin avqustunda Yaponiya hökuməti lazımi cavab tədbirləri hazırlamaq üçün tənha ölümləri araşdırmaq məqsədilə ekspert qrupu yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]