Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ olub
Tokio, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də yerli vaxtla saat 6:14 dəqiqədə Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 60 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib. Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın şərqində yerləşən prefekturalarda hiss olunub.
İbaraki prefekturasının yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, ərazidə yerləşən “Tokay-2” AES-də ştatdankənar vəziyyət qeydə alınmayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]