“YARAT” akademiyası yaz sessiyasına başlayır
Bakı, 13 fevral, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Məkanı “YARAT” akademiyasının yaz sessiyasını elan edib.
AZƏRTAC xəbər verir ki, layihə mart ayında başlayacaq və üç ay müddətində davam edəcək.
Yaz sessiyası bu il “Təsviri incəsənətin poeziyası” mövzusuna həsr olunub. Layihə çərçivəsində beynəlxalq və yerli ekspertlərlə mühazirələr, ustad dərsləri və rəssamlarla görüşlər nəzərdə tutulur.
“YARAT” bu haqda daha ətraflı məlumatı yaxın zamanda ictimaiyyətə təqdim edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]