Azərbaycan Dövlət İnformasiya Agentliyi

“YARAT” Müasir İncəsənət Məkanı “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisini təqdim edir

“YARAT” Müasir İncəsənət Məkanı “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisini təqdim edir

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 15-də “YARAT” Müasir İncəsənət Məkanı “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisini təqdim edir.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, sərgi müxtəlif mədəniyyətlərin tarixlərinə və monumentallığa, habelə insan entropiyasının və yenidən oyanışın sabit vəziyyətinə olan münasibətləri araşdırır. Sərgi Reza Arameşin, Vaciko Çaçxianinin, Yan Fabrın, Qoşka Matsuqanın və Stefen Q. Rodsın yaratdığı əsərlər vasitəsilə itki və unutqanlıqla davamlı mübarizə apararaq, irəli getmək üçün ikili ambisiyadan yararlanır.

Vaciko Çaçxianinin “Lakin ah, mənim düşmənlərim və oh, mənim dostlarım - hər iki tərəfdən yanan şam” əsəri sənətkarın “Orada olmayan qış” adlı filmi ilə söhbətdən bəhs edir.

Öz iti ilə birlikdə Gürcüstanın əsrarəngiz mənzərəsindən ötüb keçən ortayaşlı qafqazlı bir kişi yük maşınının arxasınca əcaib bir sosialist abidəsi sürükləyir. Zahirən çox adi görünən bu yol gəzintisi o dövrdə yaşamış nəslin tarix itkisini ifadə edir. Qarşısıalınmaz itki hekayəsi Stefen Q. Rodsın “Vilkommen fərziyyəsi” əsərinin faciəvi quruluşu ilə bir az da gücləndirilir. Bu əsər xüsusilə də Nyu-Orleanın son və tarixi təcrübəsini əks etdirərək, bizim nəslin üzləşdiyi ekoloji və iqtisadi iflasın qəbul edilməməsinin fəlakətli nəticələrinə toxunur.

Növbəti məkanda Qoşka Matsuqanın “Başlanğıcdan əvvəl və yekundan sonra” silsiləsindən olan iki əsər robotlar tərəfindən çəkilmiş rəsmlərin (Patrik Tresset hazırlamışdır) siyahısını təqdim edir. Sivilizasiyanın keçdiyi tərəqqi yolu ardından bəşəriyyətin yaradıcı və dağıdıcı proseslərinə nəzər salırlar. Rəssamın “Bəşəriyyətin oyanması və onun dağıdıcı təbiəti” adlı əsəri ibtidai dövrün ox ucluqlarından tutmuş, müasir heykəllərə qədər həm yerli, həm də ümumdünya tarixi və bədii artefaktlarını ehtiva edir. İnstalyasiya, robot texnologiyası vasitəsilə bilik və mədəni istehsalda növbəti addım kimi texnoloji tərəqqini təqdim edir. Robotlar tərəfindən çəkilmiş təsvirlərə qarşı isə Yan Fabrın əllə çəkilmiş “Yerdən ulduzlara gedən yol çəkilməyib” monumental parusini təqdim olunur. Əsər gecə heyvanlarının yuxuya getdiyi və gündüz heyvanlarının oyandığı mistik saatı tərənnüm edir. Təbiətin bərpaedici gücünü vurğulayan bu əsər həm təbii, həm də yaradıcı bir proses kimi davamlı yenidən canlanma dövrünə səbəb olur.

Yeni və fərqli texnoloji vasitələr, valehedici təbiət və idarəolunmaz sosial-siyasi coşqunluqla əhatələnən bəşəriyyət bir daha təhlükəli vəziyyətlə üzləşir. Reza Arameşin iri miqyaslı heykəlləri - Payızın bir hissəsi - renessans bağının öyrənilməsi - qədim abidələrin yıxılmasını xatırladaraq, fəthdən daha çox zərər çəkmiş yeni bir qəhrəmanın yüksəlişindən xəbər verir.

Beş bədii mövqeni gələcək üçün fərqli təkliflər kimi qarşılaşdıraraq, bu sərgi hər iki tərəfdən yanan şam kimi öz məhdudiyyətləri ilə qarşı-qarşıya qalan bəşəriyyət haqqında bir şeir kimi çıxış edir.

Sərginin kuratorları Suad Garayeva-Maleki və Björn Geldhofdur.

Sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, “YARAT” Müasir İncəsənət Məkanı paytaxt Bakıda yerləşir. Bu qeyri-kommersiya təşkilatı Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. “YARAT” ölkəmizdə müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin respublika daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur. “YARAT” (azərbaycanca “yaratmaq” sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunmaqla 200-dən artıq layihə həyata keçirilib. “YARAT” Müasir İncəsənət Mərkəzi, “ARTIM” Layihə Məkanı, “YAY” Qalereyası və “YARAT” Emalatxanaları “YARAT” Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir.

“YARAT”ın daimi sərgiləmə məkanı “YARAT” Müasir İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında fəaliyyətə başlayıb. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000 kvadratmetrlik ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Burada müvəqqəti sərgilərlə yanaşı, “YARAT”a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgi də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların əsərlərindən ibarətdir.

“ARTIM” Layihə Məkanının əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət təhsil ocaqlarının tələbə və məzunlarının yeni eksperimental layihələrinə dəstək verməsini öz öhdəsinə götürür.

“YAY” Qalereyası Bakının tarixi məkanı, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş obyektlərin arasında olan İçərişəhərin mərkəzində yerləşir. Qalereya “YARAT” qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə 2012-ci ildə təsis edilib. Qalereya sosial müəssisədir və “YAY” qalereyasında (“yaymaq” sözündəndir, ötürmək, çatdırmaq mənasında) satışlardan əldə olunan bütün gəlirlər rəssamlar və “YARAT” təşkilatı arasında bölüşdürülür.

“YARAT” Rezidentura Proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış, təcrübəyə malik və bizim regionu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulmuşdur. Proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramının sonunda hazırlanmış sənət əsərləri “ARTIM” Layihə Məkanında nümayiş olunurlar.

Təhsil proqramı “YARAT”ın yarandığı ildən fəaliyyətinin əsas məqsədlərindən biri olmuşdur. “YARAT”ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident proqramlarından, praktiki məşğələlərdən, mühazirələrdən, ustad dərsləri, teatr tamaşaları və film nümayişlərindən ibarətdir. “YARAT” ictimai proqramları keçirməklə geniş auditoriya ilə təmasda olmağa çalışır. İctimai proqramlar icmaların qurulması və müasir incəsənət haqqında geniş anlayışın və iştirakın qurulmasına dəstək göstərir.

Məlumat və şəkil əldə etmək istəyən KİV-lər üçün əlaqə:

Hökümə Kərimova; telefon: +99 450 274 6747;

Email: [email protected]

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Kiyevə intensiv hava hücumları edilir

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb