Yasamal Yaşayış Kompleksi ərazisində velosiped yolları və 5 avtobus dayanacağı məntəqəsi olacaq
Bakı, 30 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Yasamal Yaşayış Kompleksi ərazisindəki bütün yol kəsişmələrində pantusların və velosiped yollarının olması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib: “Velosiped yolları ilə yanaşı, velosiped dayanacağları da şəhərcik ərazisində quraşdırılacaq. Layihəyə əsasən, 1,5 metr enində salınacaq velosiped yolunun uzunluğu 5 min 200 metr təşkil edəcək. Piyada keçidlərinin sayı 28, avtobus dayanacağı məntəqəsinin sayı isə 5 ədəddir”.
M.Ağayev əlavə edib ki, şəhərcikdə yaşayan insanların ictimai nəqliyyat vasitəsilə paytaxtın müxtəlif istiqamətlərdə rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə agentlik tərəfindən ilkin olaraq 4 marşrut xəttinin həmin yaşayış kompleksindən keçməsi nəzərdə tutulur: “İlkin mərhələdə bu avtobusların sayının 4 ədəd olması müəyyənləşdirilib. Gələcəkdə isə sərnişin axınına uyğun olaraq marşrut xətlərinin sayı artırıla bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]