REGİONLAR
Yazlıq bitkilərin əkin sahələrinə aqrotexniki qulluq davam etdirilir
Oğuz, 17 iyun (AZƏRTAC). Oğuz rayonunun təsərrüfatlarında indiyədək 2 min 571 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Cari mövsümdə fermerlər 443 hektar sahədə qarğıdalı, 319 hektarda kartof, 323 hektar sahədə tərəvəz bitkiləri, 52 hektarda şəkər çuğunduru, 843 hektar sahədə ot üçün vələmir əkmiş, 464 hektar sahəyə yonca səpmişlər.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda ot üçün vələmir biçini, habelə qarğıdalı və çuğundur sahələrində çərgələrarası becərmə davam etdirilir. Rayonun taxılçılıq təsərrüfatlarında isə hazırda biçin kampaniyasına son hazırlıq işləri görülür.
Yaxın günlərdə təsərrüfatlarda arpa biçininə başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]