Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı qadınlar şurasının konfransı keçirilmişdir
Mingəçevir, 2 may (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı qadınlar şurasının növbəti konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Konfransda çıxış edən YAP Mingəçevir şəhər təşkilatı qadınlar şurasının sədri Ofeliya Əzizova ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın keçdiyi inkişaf yolundan, ötən illərdə qazandığı uğurlardan, ölkənin tərəqqisindəki xidmətlərindən danışmışdır.
Konfransda məlumat verilmişdir ki, YAP Mingəçevir şəhər təşkilatı öz sıralarında 6688 nəfər üzvü birləşdirir. Onlardan 3899 nəfəri qadın, 1840 nəfəri gənc, 2201 nəfəri ali, 1084 nəfəri orta ixtisas və 614 nəfəri orta təhsillidir.
Tədbirdə YAP üzvlərinin fəal həyat mövqeyi, hüquqi dövlət quruculuğunda və ictimai-siyasi proseslərdə yaxından iştirakı xüsusi vurğulanmışdır. Natiqlər qeyd etmişlər ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bu gün də ölkənin ən kütləvi və aparıcı siyasi qüvvəsi olaraq qalır və öz sıralarında 600 mindən artıq insanı birləşdirir.
Müzakirələrdən sonra təşkilati məsələlərə baxılmış və Nurcamal Məmmədova YAP Mingəçevir şəhər təşkilatı qadınlar şurasının yeni sədri seçilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]