Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni dünya düzənində Türkiyə

Yeni dünya düzənində Türkiyə

Bakı, 29 oktyabr, AZƏRTAC

Tarixin bütün zamanlarında bəşəriyyətin siyasi təkamül proseslərinin önündə gedən türklərin tarixi dünya tarixinin ən önəmli bir seqmentini təşkil edir. Tarixin ən uzun ömürlü imperiyalarından biri olmuş Osmanlının (1299-1922) varisi olan türklər Şərq və Qərb sivilizasiyalarının ən yüksək dəyərlərini vəhdətə gətirərək sağlam ruhlu türk milli ideologiyasını ərsəyə gətirməyi bacarmışlar. Türklər Birinci Dünya Müharibəsindən imperiya (Osmanlı) olaraq məğlub, lakin dövlət olaraq (Türkiyə Cümhuriyyəti) qalib çıxmışlar. Onlar dünya savaşında təklənən, amma beynəlxalq imperializmə boyun əyməyən qocaman Osmanlı imperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyətini yaratmışlar. Bu gün dünya miqyasında söz sahibinə çevrilən Türkiyə böyük Sərkərdə Mustafa Kamal Atatürkün və onun məsləkdaşlarının liderliyi ilə qəhrəman türk xalqının yaratdığı şah əsərdir. Cümhuriyyətin 100 illik yubileyi günündə böyük Atatürkü və Türkiyə Cümhuriyyətinin qurulmasında canını, qanını əsirgəməmiş türk qəhrəmanlarını ehtiramla yad edirik.

Bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Yeni dünya düzənində Türkiyə” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir: “Bu gün 100 yaşlı Türkiyə Cümhuriyyəti dünya türklüyünün fəxarətlə öyündüyü, etimad bəslədiyi və istənilən zaman mənəvi, siyasi, iqtisadi və hərbi dəstək ala biləcəyi güc mərkəzinə çevrilib. Bu gün Türkiyə ümumtürk inteqrasiyasını Türk Dövlətləri Birliyinə doğru yönləndirən əsas hərəkətverici qüvvə kimi dünyada yeni geosiyasi nizamın ən fəal qurucularından biri rolunda çıxış edir. Bunun bütün digər türk dövlətləri tərəfindən dəstəklənməsi Türkiyənin beynəlxalq siyasət meydanında mövqeyini daha da möhkəmləndirir.

Türkiyənin dünya xəritəsindəki geostrateji mövqeyi aşağıdakı unikal xüsusiyyətləri ilə diqqəti cəlb edir - qardaş ölkə önəmli neft yataqlarına sahib olan Orta Şərq və Xəzər dənizi hövzəsi, dünya ticarət yollarının qovşağında yerləşən Aralıq dənizi hövzəsi, tarixən və bu gün də əvəzsiz hərbi-strateji önəm daşıyan Qara dəniz hövzəsi, dünya siyasətinin və ticarətinin kəsişmə nöqtələri sayılan Türk Boğazları (Mərmərə, Dardanel, Bosfor), son onilliklərdə beynəlxalq siyasətin müstəqil aktorlarına çevrilmiş Balkan ölkələri və zaman-zaman etnik toqquşmaların közərdiyi Qafqaz coğrafiyasının əhatəsində yerləşir. 783.356 kvadratkilometrlik ərazisinin 97 faizi Asiya (Anadolu), 3 faizi Avropa (Şərqi Frakiya) qitəsində yerləşən Türkiyənin malik olduğu əlverişli coğrafi mövqe beynəlxalq münasibətlər sistemində onun geosiyasi üstünlüyünü və geniş manevr imkanlarını təmin edir.

Beləliklə, coğrafi mövqeyi ilə Avrasiya geosiyasi üçbucağını təşkil edən Asiya, Avropa və Afrikanı qovuşdurmaqla Türkiyə eyni anda bir Asiya, Avropa, Balkan, Qafqaz, Orta Şərq, Aralıq dənizi və Qara dəniz ölkəsidir. Qlobal kontekstdə Türkiyənin geostrateji mövqeyini dəyərləndirmək istəsək, o, Avropa və Asiyanı coğrafiyasından sivilizasiyasınadək birləşdirib özündə sintez edən unikal bir Avrasiya dövlətidir. Türkiyənin “həm şərqli, həm də qərbli xarakteri” də məhz buradan qaynaqlanır və bu dualizm üzvü olduğu təşkilatların müxtəlifliyində də özünü göstərir. Türkiyə, eyni zamanda, NATO, Avropa Şurası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlığı, “Böyük İyirmilik”, İslam Konfransı Təşkilatı və nəhayət, Türk Dövlətləri Təşkilatının üzvü olan yeganə dövlətdir.

Türkiyə Avrasiyanın iqtisadi xəritəsində də önəmli bir yer tutur. Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP, mövcud və mümkün ola biləcək bütün Xəzər və Transxəzər layihələrinin iştirakçısı kimi mühüm rola malikdir. Hazırda dünya təbii enerji qaynaqlarının 70 faizi Türkiyənin ətrafında cəmlənib ki, onların Şərq-Qərb istiqamətində şəbəkələnməsi və təhlükəsiz nəqlinin ən optimal coğrafiyası da məhz bu ölkədir.

Lakin Türkiyənin yerləşdiyi bölgə əlverişli və unikal olduğu qədər də mürəkkəb bir geosiyasi məkandır. Daim dünya supergüclərinin diqqət mərkəzində olan bu regionda davamlı olaraq təkrarlanan təbii və texnogen fəlakətlərlə yanaşı “realpolitik”in doğurduğu siyasi zəlzələlərin də ardı-arası kəsilmir (məsələn, “ərəb baharı”, İraq və Suriya böhranları, böyük miqrasiya dalğaları, Türkiyənin özündə dövlət çevrilişi cəhdləri və s). Ona görə də Türkiyə, mərkəzində olduğu, faydalandığı zəngin və dinamik coğrafiyanın bütün problemli və konfliktli situasiyalarını nəzarətdə saxlamaq və önləmək, PKK, YPG, PYD və digər terrorçu təşkilatlar vasitəsilə kənardan ölkənin içərilərinə yeridilən müxtəlif xarakterli münaqişələri daim qətiyyətlə dəf etmək zorundadır. Keçən əsrin 60-cı illərindən 2000-ci illərin əvvəllərinədək Türkiyədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi dayanıqlılığın olmaması və terror təhlükəsinin davamlı mövcudluğu da məhz bu bölgənin geosiyasi mürəkkəbliyindən irəli gəlirdi.

Hazırda Türkiyə effektli və nizamyaradıcı geosiyasəti ilə siyasi, iqtisadi və hərbi cəhətdən ən güclü dövrünü yaşamaqdadır. Xüsusilə son 10 ildə yeni dünya düzəninin yaradılması prosesində Türkiyə qlobal və regional aktorlarla apardığı tarazlı siyasət nəticəsində önəmli güc mərkəzinə çevrilmişdir. Bu yüksəlişin əsasında Türkiyə Cümhuriyyətinin ədalətdən geri çəkilməyən tərəddüdsüz milli maraqlar siyasəti dayanır.

Bir sıra siyasi təhlilçilərin fikrinə görə, Avropa İttifaqı, Balkan, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Çin koordinatları üzrə dayanıqlı geosiyasi imkanların açılması baxımından, Türkiyənin Avropa İttifaqına daxil olması Avropa İttifaqı üçün olduqca əhəmiyyətlidir. Belə bir perspektivdə Avropa İttifaqının coğrafiyası və deməli, həm də təhlükəsizlik arealı Anadolu üzərindən Yaxın və Orta Şərqədək, Cənubi Qafqaz və Şərqi Aralıq dənizi bölgəsinədək genişlənə bilər. Ona görə də uzun müddət Türkiyənin Qərb geosiyasəti, konkret olaraq institusional Avropa ilə çoxvektorlu əlaqələrə və nəticə etibarilə Avropa İttifaqına üzvlüyə istiqamətlənmişdi. Geostrateji mövqeyi, geniş iqtisadi potensialı, savadlı və dinamik inkişafda olan əhalisi, uzaqgörən və çoxcəhətli xarici siyasəti ilə Türkiyə İttifaq üçün yalnız fayda gətirə bilərdi. Lakin uzun illər ərzində Türkiyənin Avropa İttifaqı üzvlüyünə qəbul olunmasına qarşı süni əngəllər yaradılmış və bu yanaşma bu gün də davam etdirilməkdədir.

Soyuq müharibənin başlanğıcından etibarən - 1952-ci ildən NATO-nun üzvü olan Türkiyə dünyanın ən qüdrətli hərbi alyansının Yaxın və Orta Şərq cinahında yeganə və ən önəmli müttəfiqidir. Ötən il Türkiyənin alyansa daxil olmasının 70 illiyi münasibətilə Ankarada keçirilən mərasimdə “Türkiyə Cümhuriyyətinin NATO-nun gələcək geosiyasətinin mərkəzində dayanan ölkə kimi” səciyyələndirilməsi heç də təsadüfi deyil: Analitiklərin təbirincə desək, “Türkiyə NATO-nun bir parçası, beynəlxalq arenada sabitlik və təhlükəsizliyin simvoludur...”.

Hazırda Avropanın mərkəzində cərəyan edən Rusiya-Ukrayna müharibəsinə Türkiyənin yanaşması öz orijinallığı ilə xüsusi maraq doğurur. Rusiyanın Ukraynaya hücumu geosiyasi mahiyyət daşıyır. Bu geosiyasi savaşın bir tərəfində hücuma və işğala məruz qalmış Ukrayna ilə yanaşı ABŞ və Aİ başda olmaqla NATO üzvləri, digər tərəfində isə beynəlxalq qanunlara məhəl qoymayaraq qonşu ölkənin ərazilərini işğal etmiş və onun müstəqilliyini tanımaqdan imtina edən Rusiya və onu gizli və ya açıq şəkildə hərbi, siyasi və mənəvi cəhətdən dəstəkləyən İran, Şimali Koreya və Çin dayanır.

NATO üzvü olan Türkiyənin bu qanlı qarşıdurmada beynəlxalq siyasətin tarazlayıcı və tərəfsizlik mövqeyindən çıxış etməsi onun müstəsna addımı sayıla bilər. “Foreign Policy” kimi ciddi analitik dərginin yazdığına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ukrayna-yönlü, lakin anti-Rusiya oriyentasiyası olmadan siyasət balansını gözləyərək addım atır”. Türkiyə açıq şəkildə və birmənalı olaraq Rusiyanın Ukraynada işğalçılıq müharibəsinə qarşı çıxır, eyni zamanda, vasitəçilik missiyasını həyata keçirərək, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə Ukrayna taxılının nəqli ilə bağlı böhranın aradan qaldırılması üçün Rusiya ilə danışıqlar aparır və taxıl ixracını əngəlləyən problemləri aradan qaldırır. Bu mövqeyi Türkiyənin geosiyasi və geostrateji planda yürütdüyü siyasətin təsir gücünü və çevik manevr imkanlarını artırır. Türkiyə gücləndikcə, onunla birgə Türk dünyası da güclənərək öz siyasi bütövlüyünə yaxınlaşır.

Türkiyə geosiyasətinin orijinallığı həm də ondan ibarətdir ki, o, qlobal, kontinental və regional coğrafi məkanın bütün siyasi subyektləri arasındakı münasibətlərin bütün incəliklərini nəzərə almaqla hərəkət edir. Beynəlxalq siyasətlə beynəlxalq hüququ məharətlə əlaqələndirən Türkiyə həmin subyektlərin davranışlarını obyektiv meyarlar əsasında düzgün qiymətləndirməyi, yaşadığımız dünyanın kəskin problemlərindən, münaqişəli vəziyyətlərindən səmərəli çıxış yolları axtarmağı və nəhayət, beynəlxalq tribunalarda ədalətli mövqeyi və yanaşmaları ortaya qoymaqla, dünyada gedən prosesləri obyektiv dəyərləndirməyi bacarır. Türkiyəyə uğur qazandıran bu parlaq və mükəmməl strategiya düşmən və rəqiblərində qorxu və təlaş doğurduğu kimi, həm də sülh, dostluq, tərəqqi, əməkdaşlıq, humanizm və demokratiyanı dəstəkləyən ölkələrdə etibar və beynəlxalq ədalətə inam yaradır. Türkiyənin beynəlxalq siyasət meydanında diskriminasiyaya məruz qalan ölkələr və xalqlar üçün etibarlı bir siyasi-mənəvi dayaq hesab olunmasının səbəblərindən biri də elə budur. Belə etibarlı siyasi-mənəvi dayağı daim hiss edən dövlətlər isə, ilk növbədə, beynəlxalq siyasət arenasına yeni çıxmış müstəqil Türk dövlətləridir. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımızla yanaşı bütün türk dövlətləri tərəfindən də yüksək qiymətləndirilir.

Türkiyə özünün və digər suveren türk dövlətlərinin milli maraqlarını hər şeydən üstün tutur və bütün xarici siyasətini türk Avrasiyasının güclənməsi və bütövləşməsi üzərində qurur. Ona görə də Türkiyənin bu siyasi məkanın çevrəsində yerləşən dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri onun ümumtürk geosiyasətinin əsas istiqamətlərini təşkil edir. Bu dəyişməz və cəsarətli siyasətin arxasında Türkiyənin və onun qardaşlarının birləşmiş gücü dayanır. Bu gün Türkiyə və türk dövlətlərinin birgə səyi ilə şanlı tarix üzərində böyük gələcək qurulur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq