Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yeni müstəqil Azərbaycan uğrunda!” devizini “Biz birlikdə güclüyük!” çağırışı əvəz edib

“Yeni müstəqil Azərbaycan uğrunda!” devizini “Biz birlikdə güclüyük!” çağırışı əvəz edib

Bakı, 18 noyabr, AZƏRTAC

Bu ilin noyabr ayı əlamətdar tarixi hadisələrlə, bayramlarla zəngindir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi də bu əlamətdar hadisələr sırasında yer alır. YAP-ın keçdiyi 30 illik yolu tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda təhlil edir, partiyanın yeni hədəfləri özündə əks etdirən yeni Proqramı əsasında gələcəyə baxırıq. Bir məqamı da nəzərə alsaq ki, daim gələcəyə doğru keçmişdə qazandığımız uğurların fonunda addımlayırıq, bu halda ölkəmizin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən səbəblərə qısa nəzər salmaq bir tələbə çevrilir.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin bacarıqsızlıqları, siyasi səriştəsizlikləri, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanda xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın geniş vüsət almasına, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalına səbəb oldu. Belə bir böhranlı şəraitdə xalqın sabaha olan ümidləri puça çıxırdı. Belə bir çətin dövrdə 91 nəfər ziyalı ulu öndər Heydər Əliyevə xalqımızın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini ünvanladı. Müraciətdə bu əminlik ifadə edildi ki, xalqımızı belə çətin vəziyyətdən xilas edəcək yeganə şəxsiyyət Ümummilli Liderdir. Həmin tarixi müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasının zamanın tələbi, xalqın istəyi olduğu aydın şəkildə ifadə olunaraq ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında yeni yaradılacaq partiyanın əvəzsiz rol oynayacağına böyük inam ifadə olunurdu. Ümummilli lider Heydər Əliyev hər zaman olduğu kimi, yenə də canından artıq sevdiyi Vətəninin xalqının yanında olduğunu müraciətə verdiyi “Yeni müstəqil Azərbaycan uğrunda!” cavabı ilə təsdiqlədi. Ümummilli Liderin ziyalıların müraciətinə cavabında müstəqilliyi qorumağın onu əldə etməkdən nə qədər çətin olduğu əks olunmaqla yanaşı, yeni yaradılacaq partiyanın bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminlik də öz əksini tapmışdı. Beləliklə, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müasir müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, artıq iki ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. Bu sevincin əldə olunması üçün Azərbaycanın keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, müstəqillik yolumuz tarixi paralellər əsasında təhlil edilməli, bu yolun heç də hamar olmadığı indiki və gələcək nəsillərə çatdırılmalıdır. Möhtəşəm Zəfərimiz müasir müstəqil Azərbaycan Respublikasının tarixində 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Azərbaycan bütün sahələrdə gücləndi, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yarandı, güclü ordumuz formalaşdı, gənclərimiz milli ruhda tərbiyə olunaraq onlarda torpaq, Vətən sevgisi daha da artdı və 2020-ci il sentyabrın 27-də “Artıq yetər!” deyib torpaqlarımızı işğaldan azad etmək üçün səfərbər olduq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gülük müharibədə adını tarixə qalib Sərkərdə, torpaqlarımızın xilaskarı kimi yazdı. Bu gün bütün tədbirlərə qalib ölkənin qalib Prezidenti kimi qatılan Prezident İlham Əliyev işğal və postmünaqişə dövrünün təhlili əsasında Azərbaycanın ədaləti və beynəlxalq hüququ bərpa edən ölkə olaraq qarşısında böyük imkanlar açdığını əsaslı şəkildə diqqətə çatdırır. Dövlət başçısı İlham Əliyev partiyanın ötən il keçirilən VII qurultayında diqqəti bu kimi məqamlara yönəltdi. Bildirdi ki, bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranıb. Biz reallıqları yaradan ölkəyik. Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.

Otuz ildə partiyanın Proqramında əksini tapan hədəflərə yüksək səviyyədə nail olunduğunu diqqətə çatdıran YAP Xətai rayon təşkilatının sədri vurğulayıb: “Partiyanın VII qurultayını zəruri edən səbəblərdən biri də məhz bu idi. Dövlətimizin başçısı İlham Əliyev VII qurultayda partiyanın keçdiyi inkişaf yolunun təhlilini verərək yeni dövrlə bağlı bütün məsələləri özündə əks etdirəcək yeni Proqramın hazırlanması ilə bağlı İdarə Heyətinə tapşırıqlarını verdi. YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli qərarı ilə yeni Proqram təsdiqləndi. Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Partiyanın yeni Proqramı beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və sair sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir”.

Vüqar Rəhimzadənin sözlərinə görə, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu partiyaya olan inamını tamamilə doğruldub. Dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirilən YAP-ın hər bir qurultayında qəbul etdiyi qərarlar, həm ölkəmizin, həm də partiyanın həyatında əhəmiyyətli rola malikdir. VII qurultayın mühüm hadisələrindən biri də yeni tərkibin formalaşması oldu. Veteranlar Şurası yaradıldı. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi. Mehriban xanım Əliyevanın həm ulu öndər Heydər Əliyevin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi fəaliyyətinin Azərbaycanın bütün sahələrdə davamlı uğurlarında payı, rolu əvəzsizdir.

“Ulu öndər Heydər Əliyevin böyük əminliklə söylədiyi “Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaq” fikirlərinin davamı olaraq dövlət başçısı, YAP Sədri İlham Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

“Partiyanın sıralarına daxil olmaq istəklərini ifadə edən vətəndaşlarımızın sayı günbəgün artmaqdadır. Bu fikri YAP Xətai rayon təşkilatının timsalında aydın ifadə edə bilərəm. 800 minə yaxın üzvü sıralarında birləşdirən YAP-ın cəmiyyətdə zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amillərdən biri də dövlətin siyasətinə dəstəyin, partiyanın gələcəyinə inamın ifadəsi olaraq bütün seçkilərdə qələbə qazanmasıdır. Təbii ki, 30 illik yolu bir yazıda əhatə etmək mümkünsüzdür. Zəngin ənənələrə malik olan partiyamız bundan sonra da irəli sürdüyü təşəbbüslərlə, qəbul etdiyi qərarlarla Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqımızın rifahının daha da yüksəlməsinə dəstək olacaq. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə əməli fəaliyyəti ilə təsdiq edir və hədəflərə doğru inamla irəliləyir. Bu gün partiyanın fəaliyyətində “Yeni müstəqil Azərbaycan uğrunda!” devizini “Biz birlikdə güclüyük!” çağırışı əvəz edir”, - deyən Vüqar Rəhimzadə partiyanın hər bir üzvünə bu uğurlu yolda fəal olmağı arzulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb