Yeni rabitə obyektləri istifadəyə verilmişdir
Bakı, 10 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisələri tərəfindən yeni rabitə obyektləri istifadəyə verilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, “Aztelekom” İstehsalat Birliyi tərəfindən bu günlərdə Masallının Xanalyon, Tərtərin Ələsgərli, Saatlının Yeni Novruzlu kəndlərinin elektron ATS-lərində 128/30 nömrə tutumlu “DS-200” stansiyaları quraşdırılmışdır. Bundan əlavə, Daşkəsən rayonunun Yuxarı Daşkəsən kəndində 256/30 nömrə tutumlu “DS-200”, Bərdənin Türkmən kəndində 264/30 nömrə tutumlu “Telesis”, Tərtərin Evoğlu və Gədəbəyin Əli-İsmayıllı kəndlərində 96/30 nömrə tutumlu “DS-200” və İsmayıllının Vəng kəndində 32/30 nömrə tutumlu “DS-200” stansiyaları istismara buraxılmışdır.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) 494/495 nömrəli analoq tipli ATS-i NGN texnologiyaları əsasında rekonstruksiya etmişdir. Yeni yaşayış sahələrində (S.Vurğun küçəsi, 75,88, Ç.Mustafayev küçəsi, 39, M.Əliyev küçəsi, 206) ümumilikdə 9 min 100 nömrə tutumlu yeni elektron ATS-lər istifadəyə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]