Yeni Zelandiyada kütləvi qətl törədən şəxs Baş nazirin ofisinə elektron məktub göndərib
Tokio, 18 mart, AZƏRTAC
Yeni Zelandiyada kütləvi qətl törətməkdə şübhəli bilinən şəxs Baş nazirin ofisinə elektron məktub göndərib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Casinda Ardernin ofisinin yaydığı məlumata görə, martın 15-də elektron poçta Kraystçörç şəhərində kütləvi qətllər törətməkdə şübhəli bilinən şəxsdən onun manifestinin sürəti daxil olub. Daha 70-ə yaxın insanın belə məktub aldığı bildirilir. Bundan əlavə, həmin məktub şübhəli tərəfindən “Twitter” sosial şəbəkəsinə də yerləşdirilib.
Xatırladaq ki, Yeni Zelandiya məhkəməsi Avstraliya vətəndaşı Brenton Tarranta qarşı Kraystçörç şəhərinin iki məscidində 50 nəfərin qətlə yetirilməsi ilə bağlı ittiham irəli sürüb. Sənəddə deyilir ki, şübhəli hücumun hazırlanmasına iki il vaxt sərf edib. Burada miqrantların ağ cəmiyyəti doldurmasından şikayət öz əksini tapıb.
Baş nazirin ofisinin bildirdiyinə görə, həmin sənəd parlamentin sədrinə, digər siyasi xadimlərə və kütləvi informasiya vasitələrinə göndərilib. Həmçinin qeyd edilir ki, elektron məktubda hücum barədə heç bir xəbərdarlıq yoxdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]