Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində səkkizdəbir final mərhələsinə yekun vurulub
Bakı, 12 mart, AZƏRTAC
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi davam edir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın dördüncü günündə keçirilən 48 döyüşlə səkkizdəbir final mərhələsinə yekun vurulub.
Gərgin keçən görüşlərdən sonra daha 6 - 46, 54, 57, 63, 70 və +80 kiloqram çəki dərəcələrində dörddəbir finala yüksələn idmançılar müəyyənləşib.
Qeyd edək ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılıb. Yarışın qaliblərinin adları isə martın 14-də bəlli olacaq.