Yevlaxda 10 milyonuncu sakinin dünyaya gəlməsi konsert, avtoyürüş, ağacəkmə ilə qeyd edilib
Yevlax, 9 aprel, AZƏRTAC
Azərbaycanın əhalisinin 10 milyona çatması Yevlax rayonunda da rəğbətlə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu əlamətdar hadisə münasibətilə Yevlax şəhərində avtoyürüş keçirilib, ağacəkmə kampaniyası təşkil olunub.
Xalq Teatrında təqdim edilən konsert proqramı rayon sakinlərində bayram əhval-ruhiyyəsi yaradıb. Rəngarəng musiqi nömrələri və rəqslərlə davam edən konsert proqramının sonunda atəşfəşanlıq olub.