Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 17 nəfər xəsarət alıb
Yevlax, 11 mart, AZƏRTAC
Yevlaxda şagirdləri daşıyan mikroavtobusun “QAZ-53” markalı avtomobillə toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xəsarət alanlardan 15-i şagird, 2-si müəllimdir. On iki yaralıya Yevlax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Dördü şagird olmaqla, 5 nəfərin vəziyyəti orta ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.