YOL-NƏQLİYYAT QƏZALARI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 16-da İsmayıllı rayonunun Diyallı kəndində, Ağsu rayon sakini Cavanşir Şükürov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını ağaca vurmuşdur. Nəticədə avtomaşın yanmış, sərnişin, Ağsu rayon sakini İvan İqnatov hadisə yerində ölmüşdür.
Qaradağ rayonunun Qobustan qəsəbəsində Lerik rayon sakini Pərviz Rzayevin idarə etdiyi “QazEL” markalı və Salyan rayon sakini İsrafil Gözəlovun idarə etdiyi “KAVZ-685” markalı avtomaşınlar toqquşmuşdur. “QazEL”in sərnişini, Salyan rayon sakini Muradxan Abışov hadisə yerində ölmüşdür.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]