Yoşihide Suqa: Yaponiya Baş Nazirinin səhhətində heç bir problem yoxdur
Tokio, 4 avqust, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abenin səhhətində heç bir problem yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa son günlər mətbuatda yayılan şayiələri şərh edərkən bildirib.
İyulun 4-də keçirilən ənənəvi mətbuat konfransı zamanı Baş Nazirin səhhəti barədə sualı cavablandıran Y.Suqa deyib: “Baş Nazirin səhhətində heç bir problem yoxdur. Mən Baş Nazirlə hər gün görüşürəm və onun bütün diqqəti vəzifələrinin icrasına yönəlib”.
Qeyd edək ki, bu ərəfədə Yaponiyanın həftəlik “Flash” nəşrində Baş Nazir Şinzo Abenin ötən ayın əvvəllərində kabinetində olarkən özünü pis hiss etməsi barədə məlumat yayılıb. Nəşrin bildirdiyinə görə, iyunun 6-da Baş Nazir qan qusub. Bundan sonra onun iş cədvəlində beş saat fasilə yaranıb.
Bundan əlavə, son günlər Baş Nazirin Tomiqaya rayonunda yerləşən evinə daha tez döndüyü qeyd edilir. Eyni zamanda, onun son bir ayda parlamentin iclaslarına qatılmadığı və mətbuat konfransları keçirmədiyi də bildirilir. Bununla yanaşı, Ş.Abenin öz dəftərxanasında mütəmadi olaraq jurnalistlərlə görüşdüyü, bu və ya digər mövzularda sualları cavablandırdığı qeyd edilir.
Xatırladaq ki, Ş.Abe 2007-ci ildə bağırsağında yaranan problemlə əlaqədar Baş Nazir vəzifəsindən istefa verməyə məcbur olub. Həmin vaxt o, hökumətə cəmi bir il başçılıq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]