ELM VƏ TƏHSİL
YT Park gənc alimlərin və startapçıların ideyalarını dəstəkləyir
Bakı, 16 fevral, AZƏRTAC
AMEA-nın Yüksək Texnologiyalar (YT) parkında alimlərdən ibarət ekspertlər şurası fəaliyyət göstərir.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, şura yeni ideyaların uğurlu tətbiqi üçün biznes planının, texniki-iqtisadi əsaslandırmanın, satış bazarı və marketinqin müəyyənləşdirilməsinə dəstək verir.
Xatırladaq ki, YT park 21 hektar ərazini əhatə edir. Parkın ərazisində 10 rezident fəaliyyət göstərir, mülki və respublikanın hərbi-müdafiə qüdrətinin artırılması istiqamətində rəqabətədavamlı məhsullar istehsal olunur. Burada yeni innovativ layihələri olanlar, bizneslə məşğul olmaq istəyənlər, o cümlədən startapçılar üçün vergi, gömrük güzəştləri nəzərdə tutulub.
YT Park gənc alimlərin və startapçıların ideyalarını dəstəkləyir.