Yusuf Özhan: Jurnalistika keçmişlə gələcək arasında körpü rolunu oynayır
Şuşa, 14 iyul, AZƏRTAC
Jurnalistika əsasən gündəlik hadisələrin işıqlandırılması ilə məşğul olur. Bu hadisələr çox vaxt müvəqqəti xarakter daşıyır. Hətta bəzən bir neçə gün əvvəl şahidi olduğumuz hadisələri belə tez unuduruq. Buna görə də peşəmizin vəzifələrindən biri də baş verənləri zamanın sınağından çıxacaq şəkildə qorumaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhan iyulun 14-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti" mövzusunda panel müzakirədə çıxışı zamanı deyib.
"İstər kitab nəşr etməklə, istər sənədli film hazırlamaqla, istərsə də digər vasitələrlə hadisələri sənədləşdirməli, onların həqiqi hekayəsini gələcək nəsillərə çatdırmalıyıq. Bu, xüsusilə şəhərlərin yenidən qurulması, tarixi abidələrin bərpası və onlarla bağlı xatirələrin qorunması baxımından böyük əhəmiyyət daşıyır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, jurnalistika keçmişlə gələcək arasında körpü rolunu oynayır və bu baxımdan onun missiyası son dərəcə vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:32]
Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir
- 06.10.2026 [11:29]
FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb
- 06.10.2026 [10:57]
AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də
- 06.10.2026 [10:52]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
- 06.10.2026 [10:04]
Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib
- 06.10.2026 [09:23]
BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir
- 06.10.2026 [08:22]
Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]