Zaqatala sakini həyat yoldaşını və qızını qətlə yetirdikdən sonra özünü də öldürmüşdür
Bakı, 14 may (AZƏRTAC). Zaqatala rayonunda dəhşətli qətl hadisəsi baş vermişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 13-də saat 16.30 radələrində Zaqatala şəhərində yaşayanlar 47 yaşlı Xuraman Kərimovanın və onun qızı 22 yaşlı Zərifənin odlu silahdan qətlə yetirilmiş meyitləri mənzillərində tapılmışdır.
Hadisənin ailə münaqişəsi zəminində X.Kərimovanın sərxoş halda olan əri Azər Kərimov tərəfindən törədilməsi və “Mitsubishi” markalı avtomaşınla hadisə yerindən qaçması, sonradan isə evinin qarşısına qayıdaraq özünü də odlu silahdan öldürməsi müəyyən edilmişdir.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları hadisə yerindən 1 “AKMS” markalı avtomat silahı və 21 ədəd güllə götürmüşlər.
Faktla bağlı cinayət işi başlanmışdır, araşdırma davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]