Zaqatalada karantin qaydalarını pozan restoran sahibi cərimələnib
Bakı, 22 avqust, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndində yerləşən “Sərin” restoranında karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılan yoxlama zamanı restoranda təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Cavid Cumayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.