ZAQATALADA MAL-QARANIN CİNS TƏRKİBİ YAXŞILAŞDIRILIR
Zaqatala Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2006-cı ildə mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə rayonun kəndlərində 8 yeni süni mayalandırma məntəqəsi yaradılmış, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri texniki avadanlıqlarla təchiz olunmuşdur. Süni mayalandırma tədbirləri nəticəsində ötən il təsərrüfatlarda 1631 baş cins buzov əldə edilmişdir.
Ötən il rayonda Dövlət Damazlıq Müəssisəsinin fəaliyyəti bərpa edilmişdir. Bundan əlavə, Makov kəndində maldarlıq, Bəhmətli kəndində camışçılıq, Suvagil kəndində qoyunçuluq, Yuxarı Tala kəndində isə arıçılıq üzrə özəl damazlıq təsərrüfatları da yaradılmış, 12 kənddə özəl baytarlıq apteki açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]