Zaqatalada üç tona yaxın çətənə kolu məhv edilib
Bakı, 20 avqust, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Yuxarı Tala kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 3 tona yaxın olan 8468 çətənə bitkisi kökündən çıxarılaraq məhv edilib.