Zaqatalada ulu öndərin doğum günü şərəfinə gül bayramı keçirilmişdir
Zaqatala, 11 may (AZƏRTAC). Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mayın 10-da Zaqatala şəhərində ulu öndərin adını daşıyan parkda möhtəşəm gül bayramı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin parkda ucaldılan abidəsini ziyarətə gələnlər sanki sehirli aləmə düşmüşdülər. Hər tərəf bayram libasına bürünmüşdü. Ayrı-ayrı müəssisə və təşkilatların, uşaq yaradıclıq mərkəzinin, ümumtəhsil məktəbləri və uşaq bağçaları kollektivlərinin rəngarəng güllərdən, bəzək bitkilərindən, yarpaqlardan hazırladıqları kompozisiyalar, tablolar, əl işləri bayrama gələnlərin böyük marağına səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevə sonsuz sevgi və məhəbbət, dövlət rəmzlərimizə hörmət və ehtiram, sülhə çağırış, aydın səma, nurlu günəş, milli-mənəvi dəyərlərimiz, tarixi abidələrimiz və digər mövzular bu kompozisiyaların əsas mövzusunu təşkil edir.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və tədbirə dəvət olunan qonaqlar gül bayramının rəmzi qapılarından keçərək parkda təşkil olunmuş möhtəşəm gül sərgisi ilə yaxından tanış olmuş, uşaqların ulu öndərə, doğma Vətənə həsr etdilkəri şeirləri dinləmiş, onların sevincinə şərik olmuşlar.
Gül bayramı incəsənət məktəbi şagirdlərinin hazırladıqları rəngarəng konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]