Zaqatalanın taxıl sahələrində orta məhsuldarlıq 30,7 sentnerdir
Zaqatala, 15 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası sona yaxınlaşır. Bu günədək 3 min 508 hektar arpa və 7 min 626 hektar buğda sahəsinin məhsulu biçilib, 34 min 164 ton məhsul tədarük olunub. Hər hektarda orta məhsuldarlıq 30,7 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, arpa sahələrində biçin artıq başa çatıb və zəmilərdən 10 min 524 ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 30 sentner məhsul götürülüb. Biçin aparılan buğda sahələrindən isə 23 min 640 ton məhsul əldə olunub. Buğda zəmilərində orta məhsuldarlıq 31 sentner olub.
Rayon üzrə ən yüksək məhsuldarlıq “Muxax” İstehsal Kooperativinin buğda sahələrində qeydə alınıb. Belə ki, bu təsərrüfatda buğda zəmilərində orta məhsuldarlıq 50 sentnerdən yuxarı olub.
Hələlik rayonda 186 hektar biçilməmiş taxıl sahəsi qalıb. Torpaq mülkiyyətçiləri sahələrdə qalan məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün səylə çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]