Zəfər Günü ilə əlaqədar Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub
Tbilisi, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Zəfər Günü münasibətilə ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin rəhbərliyi, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri və əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Parkında istirahət edən turistlərə Zəfər Günü ilə əlaqədar ətraflı məlumat verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi