“Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində təlim keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində 15 nəfər gəncin iştirakı ilə təlim keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi qələbənin təbliği, gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onlarda qələbə tarixinin unudulmazlığının təmin olunması, gənclərə zəfərə aparan vətənpərvərliyi çatdırmaqdır.
Tədbirdə Zərdab Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Məleykə Hümbətova, Hərbi Hazırlıq müəllimi Rüfət Cəfərov çıxış ediblər.
Vətən müharibəsi qazisi Hacı Orucovla söhbət edən gənclər müharibə xatirələri ilə bağlı onları maraqlandıran suallar veriblər.
Qeyd edək ki, təlimin davamı olaraq gənclərin Bakıya səfəri nəzərdə tutulub.
Tədbir iştirakçılarına papka, dəftər, qələm, köynəklər (logolu), buklet paylanıb. Tədbir iştirakçıları üçün nahar və çay süfrəsi təşkil olunub.
Layihə üç ay olmaqla Zərdab rayonunda həyata keçiriləcək.