Zəngilan rayonunun Yenikənd kəndi FOTO
Bakı, 23 aprel, AZƏRTAC
Zəngilan rayonunun Yenikənd kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. Bu yaşayış məntəqəsi keçmiş Hüseynbəyli və Qarakilsə kəndlərinin birləşdirilməsi ilə yaradılıb və 1958-ci ildən Yenikənd adlanır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Yenikənd kəndinin görüntülərini təqdim edir.