Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb
Bakı, 7 avqust, AZƏRTAC
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz odlu silah-sursat saxlayan şəxslərin aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Çallı kəndində yaşayan İsa İsayev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılaraq Zərdab Rayon Polis Şöbəsinə gətirilib. Onun kənd ərazisində yerləşən fermasındakı yaşayış yerinə baxış zamanı “İJ” markalı təklüləli ov tüfəngi aşkarlanaraq götürülüb. Araşdırma zamanı İsa İsayevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində təhqiqat aparılır.