Zərərli vərdişlərlə birgə mübarizə aparaq - seminar



Bakı, 9 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) “Zərərli vərdişlərlə birgə mübarizə aparaq!” mövzusunda maarifləndirici seminar keçirib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
BDU-nun ərazisində yerləşən 30 nömrəli şəhər poliklinikasının həkim-terapevti Günay Allahverdizadə nikotin, alkoqol və narkotik maddələrin insan orqanizminə, xüsusilə də gənclərə verdiyi zərərlər, yaratdığı fəsadlar barədə ətraflı məlumat verib.
Biologiya fakültəsi üzrə TGT sədri Nigar Hüseynova isə siqaretin insan orqanizmində hüceyrə, toxuma, orqan səviyyəsində yaratdığı dəyişikliklərə, tənəffüs, ürək-damar sistemi və xərçəng xəstəliklərinə səbəb olmasına dair təqdimat edib.
Seminarda zərərli vərdişlərin fizioloji təsirləri ilə yanaşı, sosial və psixoloji təsirlərinə toxunulub. Sağlam həyat tərzinin təşviqinin vacibliyi və gənclər arasında maarifləndirmənin önəmi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [19:01]
ADPU ilə Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzi əməkdaşlıq edəcək
- 23.04.2025 [17:51]
Professor Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
- 23.04.2025 [17:30]
BANM tələbələri ölkəmizi İtaliyada təmsil edəcəklər
- 23.04.2025 [17:25]
ADA İbtidai Məktəbində Beynəlxalq Yer Günü qeyd edilib
- 23.04.2025 [16:46]
BMU-da Kənd Təsərrüfatı Nazirliyinin layihəsi ilə bağlı vorkşop keçirilib
- 23.04.2025 [16:24]