Zidan “Çelsi”yə baş məşqçi təyin oluna bilər
Bakı, 15 fevral, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun sabiq çalışdırıcısı Zinəddin Zidan İngiltərənin “Çelsi” komandasına baş məşqçi təyin oluna bilər.
AZƏRTAC “The Sun” nəşrinə istinadla xəbər verir ki, ingilis klubunun rəhbərliyi komandanın göstərdiyi son nəticələrdən narahatdır və hazırkı baş məşqçi Maurissio Sarini istefaya göndərmək imkanlarını nəzərdən keçirir. İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançester Siti”yə 0:6 hesablı məğlubiyyətdən sonra bu qərar qəbul olunub.
Qırx altı yaşlı məşqçinin agenti Alen Milyaçço bildirib ki, fransalı mütəxəssis mövsümün ortasında heç bir klubla danışıqlar aparmayacaq. Razılaşma yalnız yayda ola bilər.
Zidan “Real Madrid”ə 2016-2018-ci illərdə rəhbərlik edib. O, komandanı İspaniya çempionu etməklə yanaşı, üç dəfə ardıcıl UEFA Çempionlar Liqası kubokunu qazanıb.
Xatırladaq ki, İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem fransalı Zinəddin Zidanı sahibi olduğu ABŞ-ın “İnter Mayami” komandasının baş məşqçisi postuna gətirmək istədiyini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]