“ZÖHRAB VƏLİYEV” GƏMİSİ TÜRKMƏNİSTANA GÖNDƏRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, təmirdən sonra uğurla sınaqdan çıxarılan “Zöhrab Vəliyev” mühəndis-geoloji kəşfiyyat gəmisi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Türkmənistana yola salınmışdır.
ARDNŞ-dən bildirmişlər ki, gəmi 1985-ci ildə Rusiyanın hərbi gəmiqayırma zavodu tərəfindən inşa edildikdən sonra Xəzər dənizindəki yataqlara gətirilmişdir. Çətin meteoroloji şəraitdə 32 gün müddətində açıq dənizdə lazımi işləri yüksək keyfiyyətlə yerinə yetirməyə qadir olan gəmidə mühəndis-geoloji qazma qurğusu vardır. Bu qurğu vasitəsilə dənizin 150 metr dərinliyində qazma işlərini həyata keçirmək mümkündür. Yeri gəlmişkən, bu yaxınlarda başa çatmış təmir zamanı gəmidə ABŞ və Hollandiyadan ən müasir geoloji və qazma avadanlığı gətirilib quraşdırılmışdır. Gəmidə ekspedisiyalar zamanı yüksək peşəkarlığı ilə seçilən mütəxəssislərin səmərəli işləməsi üçün hər cür şərait yaradılmışdır.
Hazırda “Zöhrab Vəliyev” gəmisi Xəzərin Türkmənistan şelfi ərazisində dəniz dibinin tədqiqatı ilə məşğuldur. Bu müqavilə başa çatdıqdan sonra gəmi mühəndis-axtarış işlərinin aparılması məqsədilə Xəzərin şimalına - Rusiya ərazisinə göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]