® “Bakcell” və “INNOLAND” gənc developerləri investorlarla tanış edib

23.01.2020 [18:10]
“Bakcell”in “AppLab” proqramı və “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzi özlərinin birgə inkubasiya proqramının iştirakçıları üçün “Demo Day” (Demo Günü) tədbiri keçirib. Tədbirin məqsədi maliyyələşməyə ehtiyacı olan startaplar və sərmayə yatırmaq istəyən potensial investorları ...

Bakıdakı 2 yaşayış massivinə təbii qaz verilib

23.01.2020 [18:00]
Paytaxtdakı 2 yaşayış massivi təbii qazla təmin edilib. “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 23-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi, Zirə-Pirallahı yolunun sol tərəfində yerləşən “Xəşəxuna” adlanan yeni massivə və Sabunçu rayonunun ...

Bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasilat azalacaq

23.01.2020 [17:37]
Cari ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilatın 186,7 milyon barrel olacağı gözlənilir. AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin ...

“Azəriqaz”da yanvarın 24-dən xüsusi iş rejimi tətbiq olunacaq

23.01.2020 [17:21]
“Azəriqaz” İstehsalat Birliyi yanvarın 24-dən xüsusi iş rejimi tətbiq edəcək. Birlikdən AZƏRTAC-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yanvarın 24-dən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə ...

Yanvarın 24-nə USD/AZN rəsmi məzənnəsi

23.01.2020 [17:17]
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 24-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın yanvarın 24-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub ...

“Azərişıq” ötən il külək elektrik stansiyaları hesabına 84,9 milyon kilovat/saat enerji istehsal edib

23.01.2020 [16:59]
2019-cu ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC tərəfindən alternativ və bərpaolunan enerji mənbələri hesabına 10 milyon 985,5 min kilovat/saat, “Azərişıq” ASC tərəfindən külək elektrik stansiyaları hesabına ...

Cari ildə “Şahdəniz”dən hasilatın 13 faiz artacağı gözlənilir

23.01.2020 [16:54]
Bu il Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasilat 13 faiz artacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, cari ildə “Şahdəniz”dən 18,7 milyard kubmetr təbii ...

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı azalıb

23.01.2020 [16:52]
2019-cu ildə Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 10 milyard 499,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2018-ci ilə nisbətən 79,7 milyon dollar azdır ...

Paytaxtdakı 3 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir

23.01.2020 [16:30]
Üç müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən ...

Qısa müddətdə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbuluna başlanılacaq

23.01.2020 [16:27]
Hazırda “Elektron ipoteka və kredit zəmanət” sisteminin ipoteka kreditləri ilə bağlı hissəsi tam işlək vəziyyətdədir. İpoteka və Kredit Zəmanət Fondundan AZƏRTAC-a bildirilib ki, fond ilə müvəkkil təşkilatlar arasında əməliyyatların real ...

Azərbaycan ötən il 1,4 milyard kilovat/saat elektrik enerjisi ixrac edib

23.01.2020 [16:24]
Keçən il Azərbaycan elektrik enerjisi ixracını cüzi artırıb. AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir. Bildirilir ki, 2019-cu ildə elektrik enerjisinin ixracı 1 milyard 490,9 milyon kilovat/saat olmaqla ...

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

23.01.2020 [16:17]
Yanvarın 28-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal ...

İlin birinci yarısında “Brent”in orta qiyməti 62 dollar/barrel olacaq

23.01.2020 [16:02]
Bu ilin birinci yarısında “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 62 dollar olacağı nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ayın əvvəlində ...

Bakı Nəqliyyat Agentliyi: 18 metrlik avtobusların bir hissəsi yaxın günlərdə paytaxta gətiriləcək

23.01.2020 [15:47]
On səkkiz metrlik avtobusların bir hissəsi yaxın günlərdə paytaxta gətiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ...

Xarkovun 76 şirkəti Azərbaycana əmtəə ixrac edir

23.01.2020 [15:24]
Azərbaycanın və Qazaxıstanın Ukraynadakı səfirləri Azər Xudiyev və Samat Ordabayev xarkovlu biznesmenlərlə işgüzar münasibətlərin inkişafını müzakirə ediblər. AZƏRTAC xəbər verir ki, görüşdə Xarkovun təqribən 70 sənaye müəssisəsinin nümayəndələri iştirak edib ...

Keçən il Azərbaycanda elektrik enerjisi istehsalı 26 milyard kilovat/saat olub

23.01.2020 [15:05]
Ötən il respublikada ümumi elektrik enerjisi istehsalı 26 milyard 87,1 milyon kilovat/saat təşkil edib. AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir. Bildirilir ki, elektrik enerjisi istehsalı 2018-ci illə müqayisədə 851,1 milyon ...

Ötən ay dəniz limanlarında 805,8 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

23.01.2020 [14:51]
Ötən ilin dekabrında dəniz limanlarında 805,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 689 min tonunu tranzit yükləri təşkil edib ...

AÇG ilə “Şahdəniz” yataqlarından indiyədək 528,4 milyon ton neft və kondensat çıxarılıb

23.01.2020 [14:40]
“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından bu vaxtadək 528,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2019-cu ildə görülmüş işlərə ...

2019-cu ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb

23.01.2020 [14:31]
Ötən il Qərb kəməri - Bakı-Supsa boru kəməri ilə 3 milyon 750,4 min ton neft göndərilib. AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir. Bildirilir ki, il ərzində Bakı-Supsa kəməri ilə nəql edilən neft həcmləri Konsorsiuma məxsus olub ...