Dövlət Gömrük Komitəsinin sədri qırğız həmkarı ilə görüşüb

14.03.2023 [18:46]
Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn ...

Bakı-Ağstafa marşrutu üzrə axşam reysi təyin edilir

14.03.2023 [18:18]
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə martın 18-də sayca 3-cü reysi təyin edir ...

“AzerGold” qızıl və gümüş hasilatını artırıb

14.03.2023 [18:16]
“AzerGold” QSC ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib. QSC-dən AZƏRTAC-a bildirilib ki, hesabat ilində hasilat göstəriciləri 62.1 min unsiya qızıl ...

® “Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

14.03.2023 [18:13]
Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər – Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 5-ci Yubiley Konqres” keçirilib. Konqresin əsas məqsədi ictimaiyyətin diqqətini fiziki məhdudiyyətli şəxslərə yönəldərək inklüziv cəmiyyətə dəstək verməkdir ...

® Novruz ərəfəsində sosial şəbəkələrdə “Azercell” ilə daha aktiv ol!

14.03.2023 [18:06]
Bayram ərəfəsində abunəçilərinin sosial şəbəkələrdə daha çox vaxt keçirdiyini nəzərə alan “Azercell” onları xüsusi internet paketləri ilə sevindirir. Lider mobil operator instaqram, feysbuk, yutub və tiktokun ...

Orta Dəhliz boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub

14.03.2023 [17:55]
Martın 14-də Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri ekspertlərinin görüşü keçirilib ...

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

14.03.2023 [17:54]
Martın 14-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan, Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya departamentinin dövlət idarəçiliyi, maliyyə sektoru və ticarət bölməsinin direktoru Tarik Niyazi ilə görüşüb ...

Martın 15-nə USD/AZN rəsmi məzənnəsi

14.03.2023 [17:49]
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 15-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın martın 15-nə USD/AZN rəsmi məzənnəsi 1,7000 manat ...

Aktiv ƏDV ödəyicilərinin sayında artım var

14.03.2023 [17:30]
Bu il martın 1-nə ölkədə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə bir faiz artaraq 719 min olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı 2,9 faiz artıb və 41,1 min təşkil edib ...

Əmək müqavilələrinin sayı artıb

14.03.2023 [17:24]
Dörd ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir. Bağlanan əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 352,1 min və ya 25,1 faiz artaraq bu il martın 1-nə 1 milyon 754 min təşkil edib ...

KOBİA-nın nümayəndələri Qobuda saat fabrikində olub

14.03.2023 [17:23]
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin əməkdaşları Qobu qəsəbəsində yerləşən "VMF Natural Frequencies" saat fabrikində olub. KOBİA-dan AZƏRTAC-a bildirilib ki, müəssisə ilə tanışlıq çərçivəsində ...

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

14.03.2023 [17:21]
Martın 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0201040067 ISIN-li, 40 milyon manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 28 investor tərəfindən qiymət intervalı 83.3171 (14 faiz) manat ...

Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin Baş katibi ilə görüşüb

14.03.2023 [17:10]
Martın 14-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya ilə görüşüb ...

Sığortaçılar Assosiasiyasında görüş

14.03.2023 [16:57]
Martın 14-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev və digər məsul şəxslər Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) olub, qurumun rəhbərliyindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib ...

Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

14.03.2023 [16:37]
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bakıda keçiriləcək Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük ...

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edib

14.03.2023 [16:25]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına görə, son günlər media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir ...

Azərbaycan narının yeni ixrac bazarlarına çıxarılması üçün tələb olunan keyfiyyət standartları müzakirə edilib

14.03.2023 [16:24]
Nar ixracatçıları ilə onlayn görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi (AZPROMO) agentliklərinin, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının ...

İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması davam edir

14.03.2023 [16:06]
İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 71-ci kilometrindən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir ...

Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 2,5 dəfə artıb

14.03.2023 [15:21]
Cari ilin yanvar ayında əsas kapitala 1091,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb ...