Bu ilin ikinci rübündə Azərbaycanda qaz hasilatı artıb
Bakı, 27 iyul, AZƏRTAC
Cari ilin ikinci rübündə SOCAR tərəfindən həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3 faiz artaraq 24 min metr təşkil edib.
AZƏRTAC SOCAR-ın cari ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə dair hesabatına istinadla xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,7 milyon ton neft (illik müqayisədə 3,3 faiz azalma), 1,8 milyard kubmetr qaz (illik müqayisədə 9,5 faiz azalma) hasil olunub.
Ölkə üzrə qaz hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artaraq 12,8 milyard kubmetr təşkil edib. Ümumilikdə, cari ilin ikinci rübündə Azərbaycanda 6,6 milyon tondan çox xam neft (illik müqayisədə 2,8 faiz azalma) hasil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]