Gömrük Komitəsində xidmət səviyyəsinin yüksəldilməsi, işçi məmnuniyyətinin artırılması istiqamətində müzakirələr aparılıb
AzerTAg.az
24.10.2022 [19:05]
Dövlət Gömrük Komitəsində (DGK) işçi məmnuniyyətinin ölçülməsi istiqamətində aparılan sorğunun nəticələri müzakirə olunub.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə DGK-nın aidiyyəti struktur bölmələri tərəfindən gömrük əməkdaşları arasında aparılan anonim sorğuya əsasən ...
Azərbaycanın İtaliyaya ixrac etdiyi neft məhsullarının dəyəri 5,6 milyard dollardır
AzerTAg.az
24.10.2022 [18:44]
Yanvar-sentyabr aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 7 milyon 558 min ton, dəyəri isə 5 milyard 674 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb ...
Qadın sahibkarlarla görüş olub
AzerTAg.az
24.10.2022 [18:40]
Sahibkarlığın İnkişafı Fondu (SİF), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) və müvəkkil kredit təşkilatlarının nümayəndələri dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin ...
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
AzerTAg.az
24.10.2022 [17:34]
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın oktyabrın 25-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub ...
Azərbaycan və Pakistanın kosmik agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb
AzerTAg.az
24.10.2022 [17:11]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos ilə Pakistan İslam Respublikasının Kosmos və Atmosferin Yuxarı Qatının Tədqiqi Komissiyası – SUPARCO arasında Anlaşma Memorandumu imzalanıb ...
Cari ilin doqquz ayında 32 milyon dollarlıq propilenin sopolimerləri ixrac edilib
AzerTAg.az
24.10.2022 [16:58]
Yanvar-sentyabr aylarında Azərbaycandan 20,1 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac olunan məhsulun dəyəri isə 32 milyon ABŞ dolları təşkil edib ...
Zığ qəsəbəsində məhəllədaxili yollarda təmir işləri aparılır
AzerTAg.az
24.10.2022 [16:52]
Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonunun Zığ qəsəbəsində Dədə Qorqud yaşayış massivinin məhəllədaxili yollarında təmir işləri aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1400 metr ...
Malayziyanın aparıcı istehsalat və investisiya müəssisələrinə Azərbaycanın biznes mühiti barədə təqdimat keçirilib
AzerTAg.az
24.10.2022 [16:20]
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə Malayziya İstehsalatçılar Federasiyası (FMM) ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında videokonfrans təşkil edilib. Tədbirə məruzəçilərdən əlavə 50-yə yaxın iştirakçı qoşulub ...
Ölkədən 368,6 min ton metanol ixrac olunub
AzerTAg.az
24.10.2022 [16:00]
Yanvar-sentyabr aylarında Azərbaycandan dəyəri 103,9 milyon ABŞ dolları olmaqla 368,6 min ton metanol ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, 2021-ci ilin eyni aylarında ölkədən metanol ixrac edilməyib ...
Yanvar-sentyabr aylarında ixrac edilən polipropilenin dəyəri 72,4 milyon dollardır
AzerTAg.az
24.10.2022 [15:58]
Doqquz ayda Azərbaycandan 52 min tondan çox polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 72,4 milyon ABŞ dolları olub ...
® ABB “ƏDV geri al” xidmətini “LeoBank” istifadəçiləri üçün də əlçatan edib
AzerTAg.az
24.10.2022 [15:45]
ABB partnyor qurumlarla inteqrasiya proseslərini davam etdirir, müştərilər üçün yeni dəyərlər yaradır. Maliyyə xidmətlərinin daha səmərəli, hər kəsə əlçatan və rahat olması üçün imkanlarını ölkəmizdəki başqa banklarla da paylaşır ...
Yanvar-sentyabr aylarında 112,7 milyon dollarlıq polietilen ixraca göndərilib
AzerTAg.az
24.10.2022 [15:09]
Yanvar-sentyabr aylarında Azərbaycandan 86,7 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 112,7 milyon ABŞ dolları təşkil edib ...
“AzerGold”da Qazaxıstanın ekologiya, geologiya və təbii sərvətlər naziri ilə görüş keçirilib
AzerTAg.az
24.10.2022 [14:50]
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qazaxıstanın ekologiya, geologiya və təbii sərvətlər naziri Serikkali Berekeşefin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq ...
SOCAR-ın ixrac etdiyi neftin həcmi 7,4 faiz artaraq 4,8 milyon ton olub
AzerTAg.az
24.10.2022 [14:29]
SOCAR üzrə cari ilin üçüncü rübündə 18 min metrdən artıq qazma işləri həyata keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, hesabat dövründə şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrdən ...
Azərbaycan ilə Polşa qarşılıqlı investisiya və ixrac imkanları barədə informasiya mübadiləsi aparacaq
AzerTAg.az
24.10.2022 [13:36]
Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) İdarə Heyətinin üzvü Zdislav Sokal İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, qurumun rəhbəri Yusif Abdullayev Azərbaycan və Polşa arasında iqtisadi əlaqələrin inkişaf etdiyini ...
Zaqatalada dövlət hesabına tikilən 5 min ev sənədləşdirilib
AzerTAg.az
24.10.2022 [13:30]
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların ...
Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 898 milyon kubmetr qaz emal edilib
AzerTAg.az
24.10.2022 [13:12]
Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton neft, 898 milyon kubmetr qaz emal edilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6 faiz artıb ...
Təbii qaz ixracı artıb
AzerTAg.az
24.10.2022 [13:08]
Yanvar-sentyabr aylarında ölkədən 16 milyard 552,7 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 12 milyard 102,5 milyon ABŞ dolları olub ...
Üç rübdə 89 min tonadək neft bitumu ixraca göndərilib
AzerTAg.az
24.10.2022 [13:00]
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 88,7 min ton neft bitumu ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 25,3 milyon ABŞ dolları təşkil edib ...
MULTİMEDİA
02.06.2023 [20:11]
02.06.2023 [19:55]
02.06.2023 [13:29]