SPORTS
AZERI PANKRATION FIGHTERS CLAIM 10 WORLD MEDALS
Yardımlı, 17 noyabr (AZƏRTAC). Yardımlı Rayon İcra Hakimiyyətində 17 noyabr-Milli Dirçəliş gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov əsrlər boyu azadlıq və müstəqillik arzuları ilə yaşayan xalqımızın ötən əsrin 80-ci illərinin sonlarında imperiya özbaşnalığına, Ermənistanın separatçılıq siyasətinə və Azərbaycanın keçmiş rəhbərlərinin satqınlıq, təslimçilik mövqeyinə etiraz əlaməti olaraq Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinə başlamasını istiqlal mücadilsinin başlanğıcı kimi qiymətləndirmişdir. Bu mübarizənin 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə nəticələndiyini, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə müstəqilliyimizin dönməz və əbədi xarakter aldığını bildirmişdir.
“Dəyirmi masa”da çıxış edənlər Azərbaycan xalqının monolit birliyinin, azad yaşamaq istəyinin nümayişinə çevrilən 1988-ci ilin noyabr hadisələrinin tarixi əhəmiyyətindən danışmış, erməni separatçılarının ölkəmizə qarşı ərazi iddialarına SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsini pisləmiş, yurd sevgisi, Vətən məhəbbəti ilə qaçqınlıq və köçkünlük həyatını yaşayan soydaşlarımızın Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə öz döğma torpaqlarına qayıdacaqlarına əminliklərini ifadə etmişlər.