The Azerbaijan State News Agency

SOCAR PRESIDENT MEETS US AMBASSADOR

Mayın 17-də ölkəmizin paytaxtında Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi dairəvi avtomobil yolu və növbəti yeraltı piyada keçidi istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev yolun və piyada keçidinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə Ziya Bünyadov prospekti ilə Əlövsət Qayıbov küçəsinin kəsişdiyi yerə gəldi.
Nəqliyyat naziri Ziya Məmmədov və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevi qarşıladılar, ölkəmizdə nəqliyyat sektorunun inkişafına, yolların təmirinə və yeni infrastrukturun yaradılmasına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər. Məlumat verildi ki, yeni istifadəyə verilən yolla sutka ərzində təxminən 30-40 min avtomaşın hərəkət edəcək və Ziya Bünyadov prospektində tıxacların qarşısı alınacaqdır. Ən önəmlisi isə, yük maşınları şəhərə daxil olmayacaqdır. Burada yeni dəmiryol körpüsü də tikilir.
Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi yolunun sifarişçisi Nəqliyyat Nazirliyi, icraçı isə “Akkord” şirkətlər qrupudur. Ümumi uzunluğu 28,9 kilometr olan yola 80 min ton asfalt döşənmişdir. Yolun yenidən qurulması işlərinə 2007-cı il martın 19-da başlanmış, mayın 8-də başa çatdırılmışdır.
Prezident İlham Əliyev Bakı şəhərətrafı avtomobil yollarının yeniləşdirilməsi layihəsi çərçivəsində görülən işlər barədə məlumatla tanış oldu, yolların əvvəlki və təmirdən sonrakı vəziyyətini əks etdirən şəkillərə baxdı.
Bildirildi ki, layihə əsasında uzunluğu 43,9 kilometr olan Ziya Bünyadov prospekti Binəqədi şosesi (uzunluğu 6 km, eni 13-15 m), Binəqədi şosesi (uzunluğu 3 km, eni 15-18 m), Dövlət Yol Polisi-Biləcəri (uzunluğu 1,8 km, eni 7,5 m), Biləcəri-Binəqədi şosesi (uzunluğu 6 km, eni 9-12 m), Binəqədi şosesi-Mehdiabad (uzunluğu 6,1 km, eni 8 m) və Xırdalan dairəsi-Binəqədi-Balaxanı yolu (uzunluğu 21 km, eni 7,5-9 m) çəkilmişdir. 122 min ton asfalt beton qarışığı işlədilmiş, 7 minədək ağac və kol əkilmiş, 28 min poqonmetr səki, 2600 metr kanalizasiya xətti çəkilmişdir.

Əvvəllər mövcud olmuş, lakin bərbad vəziyyətə düşmüş Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi yolu genişləndirilərək, eni 7,5 metrdən 15 metrə çatdırılmışdır. Şimal bölgəsindən gələn avtonəqliyyatın Mərdəkan, Maştağa, Zabrat, Pirşağı və digər istiqamətlərə və yaxud əksinə hərəkəti 15-18 kilometr qısalacaqdır. Yəni şəhərin içinə girməmək şərtilə bu dairəvi yoldan istifadə olunacaqdır. Binəqədi rayonu ərazisində 33 kilometr, Sabunçu rayonu ərazisində isə 11 kilometrə yaxın yeni yol çəkilmişdir. İndiyədək Bakı şəhərində Nəqliyyat Nazirliyinin xətti ilə 75 kilometrlik yol çəkilmişdir.
Ziya Bünyadov prospektindən Əlövsət Qayıbov küçəsi istiqamətinə gedən yolun üstündə yerləşən bazarın arxasından 1,5 kilometr uzunluğunda yeni yol çəkiləcəkdir. Bu, bazara girib-çıxan yük maşınlarının hərəkətini asanlaşdıracaq və Ziya Bünyadov prospektindəki nəqliyyat gərginliyini azaldacaqdır.
Dövlətimizin başçısı yol inşaatçıları ilə görüşüb söhbət etdi, qısa müddət ərzində gördükləri işlərə görə onlara təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev respublika əhəmiyyətli yolların, paytaxtda mərkəzi yolların müasir standartlara cavab verməsi, yeni yol qovşaqlarının tikintisi, küçələrin genişləndirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi.
Dövlətimizin başçısı avtomobilin sükanı arxasına əyləşərək, yeni yolun keyfiyyəti ilə əyani tanış oldu.
X X X
Sonra Prezident İlham Əliyev Binəqədi qəsəbəsinə gəldi. Buraya toplaşan sakinlər dövlətimizin başçısını böyük hörmət və qonaqpərvərliklə qarşıladılar. Onlar ölkəmizdə son illər ərzində görülən işləri yüksək qiymətləndirərək, Bakının kənd və qəsəbələrinə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.
Prezident İlham Əliyev qəsəbə sakinlərini salamladı, onları bu gözəl yolun çəkilməsi münasibətilə təbrik etdi.
HACI MUSTAFA VƏLİYEV (qəsəbə ağsaqqalı): Cənab Prezident, xoş gəlmisiniz. Bütün bunlar Sizin sayənizdədir, Sizin diqqətinizin nəticəsidir.
İLHAM ƏLİYEV: Sağ olun. Bəli, özü də qısa müddət ərzində, ay yarım ərzində keyfiyyətli yol çəkilibdir.
HACI MUSTAFA VƏLİYEV: Biz də istəyirdik ki, maşını özünüz sürəsiniz və yolları görəsiniz.
İLHAM ƏLİYEV: Mən şəkillərə də baxdım, əvvəllər bu yollar çox bərbad vəziyyətdə idi.
HACI MUSTAFA VƏLİYEV: Cənab Prezident, biz 2003-cü ildə Sizinlə Şüvəlanda ağsaqqallarla birlikdə bir dəfə görüşmüşük. Siz bu çətin vəzifəni öz üzərinizə götürdünüz. Bu gün isə onun bəhrəsini görürsünüz. İnşallah, Sizin bu siyasətiniz nəticəsində bizim ölkəmiz, Azərbaycan daha da çiçəklənəcək, bu, ən ucqar rayonlara da təsir edəcəkdir. Biz televiziya vasitəsilə görəndə ki, Xınalıq kəndinə telefon, yol çəkilib, insan deməyə söz tapmır. İnanırıq ki, gənclərimizin gələcəyi var, qüvvətli cavan Prezidentimiz var və onunla fəxr edirik. Siz bu qəsəbəyə birinci dəfədir gəlirsiniz və istəyirik hər il gələsiniz.
İLHAM ƏLİYEV: Sağ olun, istəyirdim gəlim və yaxşı oldu ki, yolun açılışında bərabər iştirak etdik. Doğrudan da, təzə yol buraya gəliş-gedişi asanlaşdıracaq, sizin üçün çox rahat olacaqdır. Çünki əvvəllər böyük əziyyət çəkirdiniz, bu yolu, xüsusilə marşrut avtobusları ilə gedib-gəlmək çox çətin idi. İndi ən rahat, gözəl yollardan biridir.
HACI MUSTAFA VƏLİYEV: Cənab Prezident, ürəyimizdə sözümüz çoxdur. Bilmirik hansıları deyək. İstər təhsil, istərsə də iqtisadi və başqa sahələrdə Sizin böyük əməyiniz var.
İLHAM ƏLİYEV: Hər bir sahədə də inkişaf var. Bu, Azərbaycanın indiki reallıqlarıdır.
HACI MUSTAFA VƏLİYEV: Bəli. Biz ümid edirik ki, Sizin siyasətiniz nəticəsində torpaqlarımız da azad olunacaq, köçkünlərimiz, qaçqınlarımız öz yurdlarına qayıdacaqlar.
İLHAM ƏLİYEV: Biz indi onlara şərait yaradırıq. Ancaq bu, müvəqqəti bir yerləşmədir. Əsas məsələ odur ki, torpaqlar azad olunsun və onlar öz torpaqlarına qayıtsınlar. Biz ondan sonra oranı da qurub-tikəcəyik, yollar, binalar, fabrik, zavod - nə lazımdırsa tikiləcəkdir. İndi Azərbaycanda ümumi inkişaf elədir ki, istənilən məsələ həll oluna bilər. Yol çəkilir, məktəblər, xəstəxanalar, hər şey tikilir. Yəni ölkəmizin iqtisadi gücü artır və hər şey edə bilərik. Bu yol ay yarım ərzində çəkilib, bunun özü də böyük bir işdir.
HACI MUSTAFA VƏLİYEV: Bizim təkcə yollarımız təzələnmir, bütün Azərbaycan inkişaf edir.
İLHAM ƏLİYEV: Sağ olun.
HACI MUSTAFA VƏLİYEV: Danışdıqlarımız hamısı səmimidir. İnşallah, hər şey yaxşı olacaqdır.
İLHAM ƏLİYEV: Mən görəndə ki, hər bir yer, rayon, şəhər abadlaşır, gözəlləşir, böyük işlər görülür, ümumi iqtisadi inkişaf var, sevinirəm. Hər bir kəndin problemi də həll olunmalıdır. Bu, həll olunarsa, bütün məsələlər həllini tapacaqdır.
Təxminən iki il bundan əvvəl şəhər icra hakimiyyətində Bakının ətraf qəsəbələrinin problemlərinin həlli üçün böyük bir müşavirə keçirdim. Orada hər bir rayon üçün xüsusi proqram nəzərdə tutuldu. İndi onun icrasına başlanıbdır, bütün qəsəbələr daha da abadlaşacaqdır. Çünki Bakıətrafı qəsəbələrdə 700 minə qədər əhali yaşayır. Bu, özlüyündə böyük bir şəhərdir, onların da problemləri çoxdur. Ona görə infrastruktur proqramı - qaz, işıq, su, kanalizasiya, məktəb, ambulatoriya, xəstəxana - çox genişdir və icra olunur. Rayonlar üçün ayrıca proqram var, biz bunu 2004-cü ildə qəbul etdik. Bakının qəsəbələri üçün də ayrıca proqram var. Bakının özü üçün də ayrıca proqram var - körpülər, yollar salınması, binaların təmir və bərpası.
Dünən gedib teatrların təmiri ilə tanış oldum. İndi bütün teatrlar, muzeylər təmir olunur. Yəni bunlar bizim milli sərvətimizdir. Həm humanitar sahəyə, həm də infrastruktura, yol, nəqliyyat, təhsil, səhiyyə məsələlərinə böyük diqqət yetirilir. İstəyirəm ki, bunlar tezliklə həll olunsun. Gələn ilin oktyabrında mənim prezidentlik fəaliyyətimin 5 ili tamam olacaqdır. Onda xalqa hesabat veriləcəkdir. Ancaq bu görülən işlər də hesabatdır.
HACI MUSTAFA VƏLİYEV: Biz əminik ki, Azərbaycan dünya ölkələri arasında ulduz kimi parlayacaqdır. Çünki Sizin kimi gözəl, cavan, siyasətçi olan Prezidentimiz var.
İLHAM ƏLİYEV: Sağ olun. Sizə cansağlığı arzulayıram.
MƏLEYKƏ ALLAHVERDİYEVA (müəllimə): Siz bizim əbədi Prezidentimizsiniz. 800 məktəb tikilib istifadəyə verilibdir. 18 məktəb də Binəqədi rayonunda tikilib və tikilməkdə davam edir. Bu, Sizin və ölkənin birinci xanımı Mehriban Əliyevanın, ulu öndər ocağının qayğısının bəhrəsidir. Biz bunu görürük.
Xalqın qüdrət qələmidir, nəqş elədi Heydərə!
Ağıl, kamal, düşüncə bəxş elədi Heydərə!
Azərbaycan deyilən bu gözəl məmləkəti,
Dünyaya dünya qədər tanıtmaq üçün,
Heydəri bəxş elədi bizlərə!
Siz də onun oğlusunuz. Ata Heydər, oğul Heydər oğludur. Cənab Prezident, Azərbaycan yalnız Sizə ümidlidir. Siz bizim seçilmiş əbədi Prezidentimizsiniz. Sizinlə görüşmək mənə nəsib oldu. Mən Mehriban xanımla da görüşmüşəm. Gözəl və güclü kadr siyasətiniz var, biz Sizi həmişə dəstəkləyirik.
İLHAM ƏLİYEV: Təhsil gələcəkdir.
MƏLEYKƏ ALLAHVERDİYEVA: Bəli, bunu ulu öndər demişdi.
İLHAM ƏLİYEV: Bizim daxili imkanlarımız var və daha da artacaqdır. Ona görə gənc nəsil gərək çox bilikli, savadlı olsun, həyatda öz yerini tuta bilsin və ümumi inkişafa da öz töhfəsini versin. Məktəb tikintisi, kompyuterləşmə, kitabların latın qrafikası ilə nəşri - bütün bu işlər gələcək nəslin yetişdirilməsi üçün vacibdir və uşaqlarımız da vətənpərvərlik ruhunda böyüməlidirlər. Bu işdə müəllimlərin çox böyük əməyi var. Mən müəllimlərin fəaliyyətini çox yüksək qiymətləndirirəm və sizə də təşəkkür edirəm.
MƏLEYKƏ ALLAHVERDİYEVA: Çox sağ olun. Gələcək prezident seçkilərində bütün binəqədililər yüz faiz Sizinlədir.
Prezident İlham Əliyev Binəqədidən Mehdiabad qəsəbəsinə gəldi. Qəsəbənin mərkəzi meydanına toplaşan sakinlər dövlətimizin başçısını gül-çiçəklə, hərarətli alqışlarla qarşıladılar. Burada qəsəbə sakinləri ilə görüş keçirildi.
Abşeron rayon təhsil şöbəsinin müdiri NADİR AĞAYEV Prezidenti salamlayaraq dedi:
-Cənab Prezident, icazə verin, Mehdiabad qəsəbəsinin və bütün rayonun ağsaqqalları, ziyalıları, ictimaiyyəti adından Sizə “Xoş gəlmisiniz!” deyim. Cənab Prezident, Sizin hakimiyyətiniz illərində bütün Azərbaycanın inkişafı, xüsusilə sosial-iqtisadi inkişafı göz qabağındadır. Bütün regionlarda olduğu kimi, bu, Abşeronda da öz əksini tapır. Rayonumuzda quruculuq, abadlıq işləri gündən-günə vüsət alır. Hazırda rayonda 6 məktəb tikilir və onların üçü istifadəyə tam hazırdır, qalanları isə sentyabradək hazır olacaqdır. Elə bir kənd, qəsəbə yoxdur ki, orada məktəb, bağça, səhiyyə obyekti təmir edilməsin, yaxud yenisi tikilməsin. Bütün bunlar Sizin qayğınızdır, apardığınız siyasətin, ulu öndərin qoyduğu bünövrənin ucaldılmasıdır.
Siz həqiqətən də Heydər Əliyev xəttinin layiqli davamçısısınız. Ona görə də abşeronlular 2003-cü ildə Sizə səs verdilər. 2008-ci ildə də seçki olacaq, abşeronlular yenə də Sizi yüksək səviyyədə dəstəkləyəcəklər. Sizin bütün daxili və xarici siyasətinizi bəyənirik və fəxr edirik ki, belə Prezidentimiz var. Mən bütün mehdiabadlılar adından Sizə bir daha təşəkkürümü bildirirəm.
NATİQ ABDULLAYEV (II qrup Qarabağ müharibəsi əlili): Cənab Prezident, mən veteranlar, şəhid ailələri adından Sizi salamlayıram.
Rəhmətlik Heydər Əliyev Mehdiabadda əlillər üçün qəsəbə saldı.
İLHAM ƏLİYEV: Bəli, buraya gəlmişdi.
NATİQ ABDULLAYEV: Orada mənə evin orderini təqdim etdi. Biz Sizə dərin minnətdarlığımızı bildiririk, qayğınızı həmişə hiss etmişik. Problemsiz yer yoxdur, müvəqqəti şeylərdir. İnkişafa doğru gedirik.
Cənab Prezident, Sizdən bir xahişimiz var. Siz Xırdalana şəhər statusu verdiniz. Mehdiabada da qəsəbə statusu verilibdir. Qəsəbəmizdə xəstəxana tikilsəydi çox yaxşı olardı.
İLHAM ƏLİYEV: Xəstəxana yoxdur?!
NATİQ ABDULLAYEV: Yoxdur. Əlillərimiz, şəhid ailələrimiz var.
İLHAM ƏLİYEV: Mən göstəriş verəcəyəm ki, burada xəstəxana tikilsin.
NATİQ ABDULLAYEV: Sizə arxalanırıq və Siz də həmişə bizə arxalana bilərsiniz.
İLHAM ƏLİYEV: Mən də sizə arxalanıram.
NATİQ ABDULLAYEV: Mən Mir Mövsüm ağanın qardaşı oğluyam. Mənə evin orderini şəxsən Heydər Əliyev veribdir. Allah ona rəhmət eləsin. O, dünyasını dəyişəndə bizim belimiz sındı. Amma Siz gəldiniz, bizi dikəltdiniz. Biz, həqiqətən, Sizin qayğınızı hiss edirik.
Bizim iki problemimiz də var. Mehdiabad-Məhəmmədi və Mehdiabad-Pirşağı yolları pis vəziyyətdədir. Şükür Allaha ki, qalan hər şey yaxşıdır, gözəldir. Keçən il sentyabrın 12-də Siz rayonumuzdan 38 nəfəri mükafatlandırdınız. Rayonda nə qədər dəyişikliklər olubdur. Sizin bu rayona nəzarətinizi hiss edirik. Abşeron Azərbaycanın bir gözüdür. Necə ki, biz Sizə arxalanırıq, istəyirik, Siz də bizə arxalanasınız.
Sizə bütün veteranlar adından bir daha salamlarımı yetirirəm.
İLHAM ƏLİYEV: Mən də çox sevinirəm ki, Abşeron rayonunda işlər yaxşı gedir, çox gözəl quruculuq işləri aparılır, məktəblər tikilir, yollar abadlaşır. Mən xatırlayıram, rayona gələndə gördüm ki, qısa müddət ərzində müsbətə doğru yaxşı dəyişikliklər çoxdur: yeni zavodlar, fabriklər, eyni zamanda infrastruktur layihələri. Xırdalan qəsəbəsinə də şəhər statusu verildi. Bu, Xırdalanın önəmini, onun bizim üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bütövlükdə, rayonda gedən abadlıq, quruculuq işləri məni sevindirir.
Bu yolun çəkilişi də rayona göstərilən diqqətin nəticəsidir. Bu yol qısa müddətdə, ayyarım ərzində çəkilib və çox da keyfiyyətlidir. İndi gediş-gəliş də rahatlaşacaqdır. Bundan sonra başqa istiqamətlərdə də yollar çəkiləcəkdir. İndi siz Mehdiabad-Pirşağı, Mehdiabad-Məhəmmədi yollarını deyirsiniz, mən nəqliyyat nazirinə tapşırıq verəcəyəm ki, məşğul olsunlar. Xəstəxana tikintisi də nəzərdə tutulacaqdır.
Bilirsiniz ki, Bakı şəhərinin və qəsəbələrinin inkişafı üçün xüsusi proqramlar nəzərdə tutulubdur. Abşeron sərhəddə yerləşir, amma Bakı deyil. Ona görə Abşeronun xüsusi inkişaf proqramı olmalıdır və burada məktəb tikintisi, insanları narahat edən bütün məsələlər öz həllini tapmalıdır: işıq, su, qaz, kanalizasiya, yollar. Əsas bunlardır və bir də iş yerləri. Bütövlükdə, indi Azərbaycanda inkişaf o qədər sürətlə gedir ki, hər bir rayonun inkişafı mümkündür, olacaq və var. Bakıda, rayonlarda, Bakının sərhədində yerləşən bölgələrdə insanlar daha da yaxşı yaşamalıdırlar. Mənim məqsədim budur, əsas vəzifəm də budur və çalışıram ki, buna nail olum. Həmişə bütün işlərdə xalqa arxalanıram. Həm ölkə daxilində islahatların aparılması üçün, həm xarici münasibətlərdə Azərbaycanın güclü mövqe nümayiş etdirməsi üçün, həm də müstəqil siyasət aparmaq üçün mənim dayağım xalqdır. Bu dəstək var və ona görə mən buna arxalanıb çalışıram ki, müstəqil ölkə kimi Azərbaycanı xalqla birlikdə ən yüksək zirvələrə qaldırım. Biz bunu da edirik. İndi dünya səviyyəsində ölkəmizin rolu artır.
NATİQ ABDULLAYEV: Cənab Prezident, Sizin siyasətinizi izləyirik, prinsipial mövqeyinizi bilirik.
İLHAM ƏLİYEV: Hər bir sahədə mövqe olmalıdır. Ulu öndər Heydər Əliyevin də fəlsəfəsi məhz bu idi, mövqe nümayiş etdirirdi. Hər bir insanın həm xarici siyasətdə, həm daxili siyasətdə, həm də islahatların aparılmasında mövqeyi olmalıdır. Mövqesiz insan cəmiyyətdə o qədər də böyük önəmə malik deyildir. Hər bir insanın və ilk növbədə, ölkənin də özünə məxsus mövqeyi olmalıdır. Azərbaycan elə ölkədir ki, onun bütün məsələlərlə bağlı öz mövqeyi var. Heç kimdən asılı olmayan, müstəqil, öz milli maraqlarına əsaslanan mövqeyi var. Əsas budur. Belə olan halda, əlbəttə, iqtisadi inkişaf da gedəcək, bizim beynəlxalq nüfuzumuz da artacaqdır. Biz bunu görürük. Bizim böyük iqtisadi imkanlarımız var. Neft, qaz ehtiyatları - bunlar bizə əlavə güc verir və biz də bundan istifadə edirik və etməliyik. Çünki istəyirik ölkəmiz daha da güclənsin.
Bizim problemlərimiz çoxdur. Həm sosial, həm iqtisadi, həm də başqa problemlər var. İqtisadiyyatımız yalnız keçən il 1990-cı ilin səviyyəsinə qalxdı. Yəni Sovet İttifaqı dağılandan sonra iqtisadiyyata o qədər böyük zərbə vuruldu, bütün əlaqələr kəsildi və müstəqilliyin ilk illərində o qədər səhvlər buraxıldı ki, onları aradan qaldırmaq üçün nə qədər vaxt lazım oldu. Ancaq biz indi bu səviyyəyə gəlib çatmışıq. Bundan sonra ancaq və ancaq inkişafa doğru gedəcəyik.
Qarabağ problemi ən başlıca, birinci problemdir. Bizim bundan başqa əsas problemimiz olmayacaq, onlar həll ediləcəkdir. Çalışırıq ki, Qarabağ məsələsini danışıqlar yolu ilə həll edək. Amma görürük ki, alınmır. Nə üçün? Çünki qarşı tərəf özünü səmimi aparmır. Biz nə etməliyik? Danışıqları davam etdirməliyik?! Mən hesab edirəm, danışıqları hələ ki, davam etdirməliyik, çünki buna alternativ yoxdur. Alternativ müharibədir. Müharibəni də heç kim istəmir. Amma bununla bərabər nə etməliyik?! Güclü olmalıyıq. Neçə dəfə? 10 dəfə, 20 dəfə Ermənistandan güclü olmalıyıq və biz artıq bunu təmin edirik. Əgər 8 il bundan əvvəl bizim iqtisadi vəziyyətimiz Ermənistanla təxminən eyni idisə, indi biz iqtisadi inkişaf baxımından, büdcə baxımından, ordu quruculuğu baxımından onlardan 7-8 dəfə qüdrətliyik. Daha da güclənməli, orduya diqqəti artırmalı, iqtisadi potensialı möhkəmləndirməliyik. Bütün neft-qaz əməliyyatları nəticəsində Azərbaycana külli miqdarda pul gələcək və bu da əlbəttə, ilk növbədə, insanların problemlərinin həlli, ordunun güclənməsi üçün, siyasi önəmimizin artması üçün istifadə olunmalıdır. Belə olan halda, biz bu məsələni daha da asanlıqla həll edəcəyik. Ancaq heç vaxt Azərbaycan xalqı və dövləti milli maraqlara zidd olan razılaşmaya getməyəcəkdir. Heç vaxt! Yəni bu, bizim prinsipial mövqeyimizdir. Onlar bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşı olar. Hər halda, indi biz inkişaf yolundayıq. Onların isə inkişafı yoxdur. Nəyin hesabına inkişaf etmirlər?! Çünki bölgədə həyata keçirilən bütün böyük layihələrdən təcrid olunmuş vəziyyətdədirlər.
İndi Türkiyəyə dəmir yolunu çəkəcəyik. Onlar tam təcrid vəziyyətinə düşəcəklər. İqtisadi perspektivləri yoxdur. Ancaq xarici yardıma arxalanırlar. O yardım bu gün var, sabah isə olmaya bilər. Heç bir ölkəyə yaraşmır ki, öz gələcəyini xarici yardıma görə müəyyən etsin. Biz heç kimdən yardım almırıq və hər şeyi özümüz həll edirik. Allaha şükür ki, xalqımız da çox müdrikdir, intellektual potensialı çox yüksəkdir. İndi cəmiyyətdə elə gözəl ab-hava var ki, bütün işləri görməyimiz mümkündür və mümkün olacaqdır.
Hər bir kəndin problemi də həll olunmalıdır. Mən bunu bir neçə dəfə demişəm. Əgər hər bir kəndin problemi həll edilsə, ölkədə bütün problemlər həll olunacaqdır. Çünki kənd, qəsəbə, necə deyərlər, kiçik yaşayış məntəqəsidir.
Mənim mehdiabadlılara da xüsusi hörmətim, məhəbbətim var.
BRİLYANT MƏMMƏDOVA (elmi işçi): Cənab Prezident, mehdiabadlılar bu gün çox böyük sevinc hissi keçirirlər. Ona görə ki, dövlət başçısı Mehdiabada üçüncü dəfədir gəlir. Allah rəhmət eləsin, Sizin atanız iki dəfə burada olmuş, mehdiabadlılarla görüşmüşdü. İndi Siz gəlmisiniz. Biz bunu həsrətlə gözləyirdik. Çünki Sizin çıxışlarınızı televiziya vasitəsilə həmişə dinləyirik və hər uğurunuzu xalqın uğuru hesab edirik. Siz həmişə öz çıxışlarınızda “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” demisiniz. Siz, doğrudan da, verdiyiniz vədlərə əməl etdiniz. Möhtərəm Prezidentimiz, biz buna çox sevinirik. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının yerinə yetirilməsi ilə əlaqədar az sayda qəsəbə, kənd qalmışdır ki, Siz oraya getməyəsiniz. Ən ucqar Xınalığa getmək, oraya yol çəkmək böyük bacarıqdır. Sizdə olan bacarıq, insanlara, hər bir Azərbaycan vətəndaşına qayğınız xalqımız tərəfindən həmişə alqışlanır.
Biz sevinirik ki, ulu öndərimizin Sizin kimi varisi var. Siz onun qoyduğu siyasi xətti davam etdirirsiniz. Eyni zamanda, xalqın rifahı Sizin bir nömrəli qayğınızdır. Televiziya vasitəsilə hamı bunu izləyir. Bütün regionlarda misli görünməmiş inkişafı, məktəblərin, səhiyyə ocaqlarının tikintisini, kənd təsərrüfatı sahəsində fermerlərə qayğınızı deməmək olmaz.
Bir neçə kəlmə də alimlərə göstərdiyiniz qayğıdan danışmaq istəyirəm. Mən Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunda işləyirəm. Alimlərə, elmi işçilərə qayğınızı fərəh hissi ilə qeyd edirəm. Özüm Mehdiabadda yaşayıram. Alimlərimizdə böyük fəallıq yaranıbdır. Onların əmək haqqı bir neçə dəfə artırılmışdır, elmlər namizədləri 30 manat, elmlər doktorları isə 60 manat əlavə də alırlar. Alimlər Sizin bu qayğınızdan ruhlanaraq, daha da yaxşı işləmək istəyirlər. Allah Sizi qorusun!
QƏMFİLƏ QAYIBOVA (şəhid anası): Cənab Prezident, Şəhid anası kimi, mən Sizi alqışlayıram, öpürəm, bağrıma basıram. Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin ki, Sizin kimi yetirməsi var. Biz Sizinlə fəxr edirik. Biz şəhid anaları göstərdiyiniz qayğıya görə Sizə minnətdarıq. Çox sağ olun. Sizin gəlişiniz bizim üçün şərəfdir. Mehdiabad camaatı, şəhid anaları adından Sizi öpürük, alqışlayırıq.
İLHAM ƏLİYEV: Mən də sizi alqışlayıram. Bir daha demək istəyirəm ki, Azərbaycan bundan sonra da ancaq və ancaq inkişaf yolu ilə gedəcəkdir. İndi həm sosial, iqtisadi sahədə, həm də infrastruktur, yol çəkilişi və sair sahələrdə bütün problemlər öz həllini tapacaqdır. Maaşlar, pensiyalar da artırıldı və bundan sonra da artırılacaqdır. Minimum əmək haqqı, hər il ən azı, iki dəfə artırılır. Minimum əmək haqqı ilə yanaşı, bütün başqa kateqoriyadan olan insanların əmək haqları, pensiya da artırılır. Düzdür, bu, bizi tam qane edə bilməz. Amma inkişaf var və gələcəkdə artım daha sürətlə gedəcəkdir. Ona görə mən gələcəkdə sosial, iqtisadi sahələrdə Azərbaycanın qarşısında böyük problem görmürəm. Harada problem varsa, biz bunu bilirik, həll edirik və həll edəcəyik.
Bir daha demək istəyirəm ki, mənim əsas məqsədim doğma xalqa xidmət etməkdir. Mən vəzifəyə bu məramla gəlmişəm və bunu əsas tutaraq, nə lazımdırsa, əlimdən nə gəlirsə, onu da edəcəyəm. Sizə də uğurlar arzulayıram.
X X X
Prezident İlham Əliyev mehdiabadlılarla səmimi görüşdü. Qəsəbə sakinləri bir daha Prezidenti dəstəklədiklərini vurğuladılar. Eyni zamanda, dövlətimizin başçısından yarımçıq qalmış məktəb binasının tikintisinin tamamlanmasına, qəsəbədə şəhidlərə abidə qoyulmasına kömək göstərməsini xahiş etdilər.
X X X
Prezident İlham Əliyev daha sonra paytaxtın Nəsimi rayonuna gəldi.
Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2006-cı il 2 fevral tarixli Sərəncamına uyğun olaraq, inşası nəzərdə tutulan 13 yeraltı piyada keçidindən üçüncüsünün açılışına toplaşan inşaatçılar və paytaxt sakinləri dövlətimizin başçısını hörmət və ehtiramla qarşıladılar. Prezidentə gül dəstəsi təqdim olundu.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, paytaxtın ən gur gediş-gəlişli yerlərindən olan bu ərazidə yeraltı keçidin olmaması həm sakinlər, həm də sürücülər üçün böyük təhlükə yaradırdı. İnşasına 2006-cı ilin avqustunda başlanmış yeraltı keçidin ümumi uzunluğu 38,5 metr, eni 6 metrdir. “Təzə Bazar Ticarət Mərkəzi”nə və Bakı Dövlət Sirkinə tərəf giriş-çıxışı olan keçidi “Astikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti tikmişdir. İnşaat işlərinə ümumilikdə 1 milyon manat vəsait xərclənmişdir. Burada piyadaların hərəkətini fasiləsiz müşahidə etmək üçün qurğu quraşdırılmış, nasos stansiyası, müstəqil enerji təchizatı vardır. Keçidin divarlarına dövlətimizin başçısının müdrik kəlamları həkk olunmuşdur. Uşaq və əlil arabalarının hərəkəti üçün ayrıca pilləkən vardır. Daim səslənən həzin musiqi xoş ovqat yaradır.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, keçidlə tanış oldu, ərazinin indiki görünüşünə tamaşa etdi. Döşəmə və divarların mərmərləri Türkiyə və İrandan gətirilmişdir. İnşaat işlərində 50-yə yaxın işçi çalışmışdır.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, müasir üslubda tikilən keçiddə ən yüksək texnologiyanın tətbiq edildiyini, görünüşünün çox gözəl olduğunu vurğuladı və buranın təmiz və səliqəli saxlanılmasının zəruriliyini bildirdi.
Dövlətimizin başçısı keçidlə Bakı Dövlət Sirki tərəfə çıxaraq ətrafı seyr etdi, paytaxtda yeni keçidlərin, avtomobil dayanacaqlarının tikintisi üçün əlavə tədbirlərin görülməsi haqqında müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Share news on social media

Follow us on social network

Culture Days of Turkish Republic of Northern Cyprus open in Baku

Türkiye's President Erdogan announces country's new AI Action Plan

Startup competition launched within Framework of IsDB Annual Meetings

OTS member states ink Shusha Joint Communiqué to boost competition policy cooperation

TRNC Prime Minister attends press conference in Baku

Sahiba Gafarova meets with Second Vice President of Cambodian Senate

Azerbaijani PM meets with Turkish Cypriot counterpart

Türkiye launch long-awaited World Cup return against Australia

Azerbaijan, Bulgaria enhance energy cooperation

US secures dominant opening match victory against Paraguay

Canada draws with Bosnia and Herzegovina to earn historic first FIFA World Cup point

OTS Competition Forum in Shusha: A new stage of regional integration

WHO submits report on World Blood Donor Day 2026

June 13 marks International Albinism Awareness Day

Ballet "Giselle" staged again at Heydar Aliyev Palace

Top stories update

To His Majesty Charles III, King of the United Kingdom of Great Britain and Northern Ireland

Azerbaijan, Slovakia hold another round of political consultations

Azerbaijan repatriates 23 more citizens from Syria

Baku hosts “Nine Senses Fest 2026” International Yoga Festival

MEDIA: We strongly condemn the smear campaign against Azerbaijan conducted by certain French media outlets

Channel Tunnel owner threatens legal action against UK over tax hike

British and Bulgarian artists’ exhibitions open at YARAT Contemporary Art Space

Azerbaijan joins International Ski Congress

Azerbaijan’s exports to Kazakhstan increase by more than 21 percent

Top stories update

Azerbaijan, AIIB ink loan agreement for “Baku Metro Expansion Project – Phase I”

Azerbaijani boxers aim for ‘medal rush’ at World Cup

Azerbaijan Navy holds live-fire tactical exercise

Familiarization trip to Azerbaijan organized for Pakistani tour operators

Azerbaijan’s chovgan team reaches World Championship final

HELF/AZHAB Forum 2026 set to be held within IsDB Group annual meetings in Baku

Azerbaijan’s Independence and National Salvation Days celebrated in Stuttgart

Expert: Azerbaijan’s “Great Return” — From Humanitarian Crisis to National Renaissance

Azerbaijani rower becomes European champion

From Benjamin Netanyahu, Prime Minister of the State of Israel

12 families relocated to Hadrut and Red Bazar receive house keys

New state program on development of agriculture, fishery, and aquaculture discussed in Aghdash

Earthquake hits Azerbaijan’s Gabala district

Baku hosts roundtable discussion on development of Azerbaijan-China relations

NATO says reduced US military role in Europe will strengthen alliance in long term

Chinese pop-culture icon Labubu features at World Cup opening ceremony

Azerbaijan joins annual meeting of Türkiye’s Banks Association

International conference highlights Azerbaijan’s efforts to ensure rights of persons with disabilities

Budapest hosts 55th General Assembly of European Olympic Committees

Azerbaijan’s State Examination Center to adopt Cambridge and ALTE standards

Chairman of the Azerbaijan’s Milli Majlis meets with TRNC Chairman of EU parliamentary Committee

Chinese media widely covers WUF13 hosted by Baku

Agricultural development priorities for 2026–2030 in Garabagh and East Zangezur discussed

Ismayilli hosts regional discussions on new state program for agricultural sector

Ebola outbreak in DR Congo expands as weak contact tracing, insecurity hamper response

Regional conference in Goygol discusses new state program for agricultural sector

Vietnam, Switzerland eye stronger economic connectivity

Pakistan ranks second globally in Pilgrim Count; Hajj operation resounding success: Sardar Yousaf

Humanoid robots move onto fast track

Ramil Hasan: TURKPA plays a vital role in advancing relations among Turkic states

Distinguished Visitors Day held within “Platinum Wolf 26” exercise

“Latvia and Azerbaijan: History Through Life Stories” book presented in Riga

Kazakhstan, EU enter a new stage of talks on visa facilitation and readmission

Meningitis B vaccine to be offered to a million young people

Abu Dhabi Chamber, Shanghai Foreign Investment Development Board sign MoU to strengthen economic, trade cooperation

China enhances organ transport efficiency

Azerbaijan poised to establish embassy in Portugal

Fire prompts evacuation at Wellington Airport terminal

Global warming hit 1.37°C in 2025, with Earth accumulating heat at an accelerating rate

Azerbaijan and Thailand hold first consular consultations in Baku

® Azerconnect Group will integrate AI-based solutions in Icherisheher

Hate speech spreading ‘faster than ever’, warns UN chief as global action plan is revealed

Khankendi hosts presentation of AZERTAC’s Children’s Knowledge Portal

From Baku to the world this summer: More destinations and greater travel choices

Three volcanoes in eastern Indonesia erupt on Friday morning

2 policemen killed in separate terror attacks in NW Pakistan

"Hello, Space! Bulgaria Calling!" festival to take place in Sofia Tech Park on June 26-27

Japan launches H3 rocket, 1st time with only liquid-fuel engines

SpaceX IPO makes Elon Musk the world's first trillionaire

Azerbaijan, Estonia hold political consultations in Baku

Gold and silver prices rise in global markets

Oil prices decline in global markets

Korea Republic come from behind to beat Czechia in World Cup opener

Mexico beats South Africa 2-0 in 2026 World Cup opener

Japan researchers develop rapid test for deadly tick-borne virus

Azerbaijan, China reach key agreements on food exports

To His Excellency Mr. Ferdinand Romualdez Marcos, President of the Republic of the Philippines

To His Excellency Mr. Vladimir Putin, President of the Russian Federation

Which industries have the highest employment of Tashkent residents?

Visitor arrivals in New Zealand keep climbing

Azerbaijani oil exceeds $96

Study in Australia links heavy social media use to poorer teen mental health

From Edi Rama, Prime Minister of the Republic of Albania

From Adama Barrow, President of the Republic of the Gambia

World Bank cuts global growth outlook to 2.5%, warns of drop to 1.3% if war fallout spreads to markets

Top stories update

Trump says his 'preference' is to take Iran's Kharg Island

ECB raises interest rates for the first time in three years as Iran war fuels inflation

Japanese media highlights Azerbaijan’s strategic importance

Azerbaijan’s Economic Council discusses development of Alat Free Economic Zone

Woman arrested for trespassing after ‘hiding in toilet at end of parliament tour’

International conference on “German Architecture in Azerbaijan” kicks off in Baku

OPEC again lowers 2026 global oil demand growth forecast

® Azercell supports first local stage of RobotChallenge competition