Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin rəsmi açılışı olub YENİLƏNİB VİDEO

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də “Gülüstan” sarayında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş beynəlxalq tədbirdə Prezident Administrasiyası humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə dövlətimizin başçısı İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub.

Konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 15 ölkəsindən 400-dək kardioloq və kardiocərrah iştirak edir. Tədbirin məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

Açılışda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir. Dünyanın tanınmış kardioloqlarının iştirakı ilə keçirilən bu konqreslər Azərbaycanda səhiyyə sahəsinin yüksək səviyyədə olmasının göstəricisidir. “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi bizim mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına da şərait yaradacaq, həmçinin Azərbaycanın uğurlarının təbliği işində mühüm rol oynayacaq. Nazir müavini qeyd edib ki, “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində yerli və xarici mütəxəssislərin fikir və təcrübə mübadiləsi aparmaları üçün ən ideal məkandır.

Ölkəmizdə kardiologiyanın inkişaf tarixindən danışan E.Ağayev bildirib ki, hələ 1978-ci ildə keçmiş SSRİ ölkələri arasında ilk açıq ürək əməliyyatları Azərbaycanda keçirilib. Azərbaycan səhiyyəsinin tarixinə nəzər salan E.Ağayev dövlət müstəqilliyimizin ilk illəri ilə müqayisədə bu sahədə vəziyyətin müsbət istiqamətə doğru dəyişdiyini diqqətə çatdırıb. Qeyd edib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyənin bütün sahələri yanaşı, kardiologiya sahəsində də mühüm nailiyyətlərin əldə olunmasının əsası qoyulub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində demək olar ki, Azərbaycan səhiyyəsinin tam infrastrukturu qurulub. Son 10 ildə 600-dən çox tibb müəssisəsi əsaslı təmir olunaraq və ya tikilərək əhalinin istifadəsinə verilib. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.

AÜDCC-nin sədri, tibb elmləri doktoru Kamran Musayev bildirib ki, “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin reallaşması müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticəsidir. Respublikamızda kardiologiya və ürək-damar cərrahiyyəsi məhz Ümummilli Liderimizin diqqət və qayğısı sayəsində sürətli inkişaf yoluna qədəm qoyub. Dahi liderin bu sahədəki uzaqgörən siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

K.Musayev məlumat verib ki, konqresin ilk günündə təşkil edilən “Damar anastomozu” və “Mitral qapaq təmiri” kursları xüsusilə gənc kardioloqlar üçün çox faydalı olub. Müasir avadanlıqların istifadəsi və xüsusi şəraitdə keçirilən beynəlxalq təcrübədə WET LAB adlanan bu praktik məşğələlərdə heyvan ürəkləri üzərində ürəyin cərrahi anatomiyası mövzusunda təlim və tədrisi aparılıb. Gənc mütəxəssislər üçün təşkil edilən təcrübə məşğələləri “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqram çərçivəsində əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər. Bu gün isə “Anadangəlmə ürək qüsurları” mövzusuna həsr edilən bölmə iclasında anadangəlmə ürək qüsurları və onların yaranma səbəbləri müzakirə edilib. Sonra “Ağ ciyər hipetenziyalı geniş VSD-lərdə qapaqlı yamaq istifadəsi” (Abbas Əfrasiabi, İran), “Aortkoarktasiyasının cərrahi müalicəsinin xüsusiyyətləri” (Elnur Həsənov, Azərbaycan) və “Yenidoğulmuşlar və az yaşlı uşaqlarda koarktasiya və rekoarktasiyanın cərrahi və endovaskulyar müalicəsi” (Aleksey Kim, Rusiya) mövzularında məruzələr dinlənilib. “Koronar1” mövzusunda keçirilən ikinci sessiyada erkən miokard infarktlar, müxtəlif ürək problemləri və onların yaranma səbəbləri müzakirə olunub. Sessiya “İkincili mitral qapaq xəstəliyində cərrahi baxış” (professor Rəşad Mahmudov, Azərbaycan), “ Familial hiperxolesterinemiya. Aysberqin görünməyən üzü” (Firdovsi İbrahimov, Azərbaycan), “40 yaşın altında xəstələrdə miokard revaskulyarizasiyası” (Fuad Abdullayev, Azərbaycan) və “Aortokoronar şuntlama keçirmiş xəstələrdə perkutan müdaxilələr” (Eyvaz Abbasov, Azərbaycan ) mövzularında məruzələrlə davam etdirilib.

Türkiyə Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin həmsədri, professor Mehmetali Özatik konqresinin əhəmiyyətini vurğulayaraq deyib: “Burada gənc məsləkdaşlarımızla öz təcrübəmizlə bölüşməyə geniş imkanlar yaradılıb. Təşkil olunan təlimlərin gənc cərrahların gələcək professional fəaliyyətlərində çox böyük müsbət rol oynayacağına əminəm. İlk kurs özündə süni damarlara atılan tikişlər, onların bir-birinə bağlanma yolları haqqında geniş məlumat veriləcək”.

Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizdə baş verən sürətli iqtisadi inkişafın bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini, dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizdə hər sahədə olduğu kimi, səhiyyə sahəsində də aparılan islahatlardan və inkişafdan söhbət açan F.Heydərov bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərib və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb.

Milli Məclisin deputatı, tanınmış kardiocərrah Rəşad Mahmudov ürək-damar xəstəliklərinin dünyada ölümə səbəb olan qeyri-infeksion xəstəliklər sırasında birinci yerdə olduğunu deyib və ölkəmizdə səhiyyənin digər sahələrində olduğu kimi, kardiologiyanın da çox sürətli inkişafın müşahidə edildiyi bildirib. O, son illərdə Azərbaycan kardiocərrahlarının Bakıda və regionlarda apardıqları uğurlu əməliyyatları yüksək qiymətləndirib. Bildirib ki, bu əməliyyatları aparan kadrlar vaxtında dövlətimiz tərəfindən xarici ölkələrə təhsil almağa göndərilən gənclərdir. R.Mahmudov, eyni zamanda, ölkəmizdə tətbiqinə başlanılan icbari tibbi sığorta haqqında da danışıb.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Fərid Əliyev, yeni yaradılmış “Həyat Fondu”nun rəhbəri Hacı Nuran Hüseynov paytaxtda və regionlarda beynəlxalq standartlara cavab verən, müasir avadanlıqla təmin olunmuş müalicə-diaqnostika mərkəzlərinin istənilən ürək əməliyyatlarının keçirilməsinə imkan verdiyini qeyd ediblər.

Konqres işini bölmələrdə davam etdirib.

Mayın 28-də isə “Ürək çatışmazlığı”, “Qapaq”, “Anadangəlmə ürək qüsurları”, “Koronar” və ”Tibb bacıları toplantısı” bölmələrində yerli və xarici mütəxəssislər kardiologiya və ürək-damar cərrahiyyəsinə dair fikir mübadiləsi aparacaqlar.

“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin rəsmi açılışı olub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ASCO ötən il təhvil verdiyi tullantıların həcmini açıqlayıb

Azərbaycan-Çin münasibətlərində yeni səhifə açılıb ŞƏRH

Bugünkü hərracda tələb 36,2 milyon dollar təşkil edib

Azərbaycanda yanvar ayı üzrə ÜDM istehsalı açıqlanıb

Azərbaycan badminton millisi Bakıdakı Avropa çempionatında ikinci oyununu keçirib

Prezident İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

ASK: Ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur

Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb

Türkiyəli sabiq deputat: Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində təsirini getdikcə daha da artırır

Rektor: Kollec təhsilinin müasir tələblərə uyğun qurulması istiqamətində ilkin addımlar atılacaq

Azərbaycana iki ölkədən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib

BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər

AzMİU tələbələri işğaldan azad olunmuş ərazilərə dair kiçik həcmli memarlıq layihələrini təqdim ediblər

Bakıdan “TikTok”un London ofisinə: Bir azərbaycanlının qlobal uğur hekayəsi - MÜSAHİBƏ

bp Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərclərini açıqlayıb

Azərbaycanın yeniyetmə taekvondoçuları beynəlxalq turnirdən 6 medalla dönürlər

bp Cənubi Qafqaz Boru Kəmərinə olan xərclərini artırıb

Avropa ölkələri Ukrayna üzrə danışıqlarda iştirak etmək istəyir

Sabah paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq

Kriştianu Ronaldu ötən ilin ən çox qazanan idmançısı olub

Dövriyyədə olan müəyyən dövlət istiqrazlarının geri alınması ilə bağlı hərrac keçiriləcək

Ötən il Səngəçal terminalından 225 milyon bareldən çox neft və kondensat ixrac edilib

Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB

Türkiyənin yeni səfiri: Əlaqələrimizi hər sahədə inkişaf etdirmək üçün gecə-gündüz çalışacağıq

Orxan Nəzərli: Son bir neçə ildə ölkədə 100 mindən çox elektron kassa aparatı quraşdırılıb

2025-ci ilədək BTC ilə 4,4 milyard bareldən çox xam neft nəql edilib

Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır

Azərbaycan Prezidentinin Çin telekanalına müsahibəsi ölkəmizin dünyaya növbəti təqdimatı idi - ŞƏRH

Bu il Azərbaycanda 27 mindən çox şəxs aktiv məşğulluğa cəlb olunub

Rüstəm Əzimov: Prezident mükafatını qazanmaq mənim üçün qürurdur

Azərbaycan AÇG və “Şahdəniz”dən hasil etdiyi qazın 171 milyard kubmetrini ixrac edib

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Konfrans Liqasında pley-off mərhələsinə start verilir

Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir

Cari ilin ilk ayında Azərbaycanda 2 milyon tondan çox neft hasil edilib

Yanvarda Qəbələnin hotel və mehmanxanaları 7 minə yaxın turistə xidmət göstərib

Ötən il dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 15,8 milyard manatı ötüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür

İlon Mask NASA-nın xərclərinin səmərəliliyini araşdıracaq

Ötən il “Azəri-Çıraq-Günəşli”dən 125 milyon barel neft hasil edilib

Filarmoniyada Polad Bülbüloğlunun yubiley konserti keçirilib

Bakı Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi keçiriləcək

Azərbaycanın və Somalinin həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanıb

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

Bu gün Xalq artisti Əliabbas Qədirovun doğum günüdür

DVX rəisi: Qeyri-neft üzrə özəl sektorda əmək müqavilələri 82 faiz artıb

Almaniya sərhədlərdə yoxlamaları daha altı ay uzadır

AÇG üzrə əməliyyat və əsaslı məsrəflərə xərclənən vəsait açıqlanıb

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətlər Sammitində

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Qırğızıstanda qızılca ilə bağlı vəziyyət gərgin olaraq qalır

Nazir: Yaşıl enerji sahəsində Azərbaycanın pozitiv beynəlxalq mövqeyi var

Aralıq dənizinin dibində ən yüksək enerjiyə malik olan kosmik neytrino aşkar edilib

Deputat: Azərbaycanın uğurlu inkişaf modeli bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir

Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini Daimi Arbitraj Məhkəməsinə təqdim edib

Ötən il “Şahdəniz”dən 28 milyard kubmetr qaz hasil edilib

Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

® FCHAIN beynəlxalq arenada fəaliyyətini genişləndirir

Mikayıl Cabbarov: Əmək müqavilələrinin sayı 33 faiz artıb

Azərbaycanın daha 3 taekvondoçusu Türkiyədə medal qazanıb

SOCAR Xəzər regionunda ilk dəfə “Leucipa” monitorinq proqramının tətbiqinə başlayır

Azərbaycan Prezidenti: Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır

Nazir: Ötən il ARDNF-dən transfertlərin büdcə gəlirlərində xüsusi çəkisi 34 faiz olub

Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək

Son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb

Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi – Məqalə

Prezident: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir

“Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına

Tovuzda hündürlükdən yıxılan kənd sakini xəstəxanada ölüb

Avropa Liqası: “Fənərbağça”nın ev, “Qalatasaray”ın səfər sınağı

Bu gün Ümumdünya Radio Günüdür

Amerikalı ekspert: Birləşmiş Ştatlar üçün Azərbaycanla əməkdaşlıq baxımından böyük fürsət var

Bakıda “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumu keçirilir

Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Binə stadionunun ot örtüyü yenilənib - FOTOLAR

Türkiyə Prezidenti Pakistana səfər edib

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın xarici işlər naziri Almaniyaya işgüzar səfərə yola düşüb

Azərbaycan neftinin qiyməti 78 dollardan aşağı düşüb

Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub

Göygöl rayonunda Topalhəsənli-Kərəmli yolu əsaslı şəkildə yenidən qurulub VİDEO

Olaf Şolts yenidən Kansler seçilmək şansını qiymətləndirib

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Kuba XİN: USAID həmişə ölkədə nizamı pozmaq üçün pərdə olub

ABŞ Dövlət katibi Yaxın Şərqə ilk səfərini edəcək

Fransada restorana qumbara atılıb, azı 12 nəfər yaralanıb

Ağ ev: Tramp Putinlə rəqabətə baxmayaraq, diplomatiyanı vacib görür

USAID-in Balkan regionundakı “fəaliyyəti”

3D çaplı qapaq ürək xəstəliklərinin müalicəsində inqilab yarada bilər - TƏDQİQAT

İsveç Erebru faciəsindən sonra məktəblərdə təhlükəsizliyi gücləndirir

Almaniya Ukraynaya 100-ə yaxın idarə olunan raket verir

Nazir: Türkiyə ilin sonuna qədər svop sxemi ilə 1.3 milyard kubmetr Türkmənistan qazı alacaq

Tədqiqat: Qan dövranını yaxşılaşdıran siqnal molekulu piylənmə ilə əlaqəli insulin müqavimətini artırır

Almaniya Kansleri seçki kampaniyasının sonuncu mərhələsində irqçilik ittihamı ilə üzləşib

KXDR Cənubi Koreya hava hərəkətinə nəzarət əlaqəsini kəsir

Çempionlar Liqası: “Bavariya”dan səfər qələbəsi, “Milan” “Feyenoord”a uduzub

“Liverpul” Mersisayd derbisində qələbəni əldən verib