Qusar Dövlət Ləzgi Dram Teatrının balaca tamaşaçıları üçün xoş xəbər VİDEO
Qusar, 10 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi balaca tamaşaçılar üçün hazırladığı yeni səhnə əsərini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, Rəvan Tofiqoğlunun “Birdə etmərəm” əsəri əsasında hazırlanan tamaşa tərbiyəvi əhəmiyyət daşıyır. Tamaşada kollektivin 20-yə yaxın aktyoru rol alıb.
Azərbaycan və ləzgi dillərində təqdim olunan tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Laləzar Hüseynova, musiqi tərtibatçısı Şaiq Qardaşov, rəssamı isə Marina Mahmudovadır.
Səhnə əsərində qarı nənə, ana obrazları, eləcə də div, ayı, pişik kimi personajlar yer alıb.
Tamaşa noyabr ayının sonunda Qusar Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunacaq.