SİYASƏT


Belçikada azərbaycanlıların soyqırımına həsr olunmuş film nümayiş etdirilib

Brüssel, 31 mart, AZƏRTAC

Martın 27-də və 29-da geniş tamaşaçı kütləsinə malik “Kanal Avrupa”da yayımlanan “Belçika aktuel” proqramı çərçivəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Kanal tərəfindən ərsəyə gətirilən filmdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı hadisələr haqqında geniş söhbət açılır, deputat Cavanşir Feyziyevin, Milli Məclis Aparatının əməkdaşı Babək Ağayevin, eləcə də Milli QHT Forumunun Quba Regional Mərkəzinin direktoru Eynulla Xeyrullayevin müsahibələrinə yer verilir. Tamaşaçılar, həmçinin erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, eləcə də Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri apardığı işğalçılıq siyasəti barədə ətraflı məlumatlandırılıblar.

Kanal tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını nəzərdə tutan silsilə sənədli filmlərin istehsalının və nümayişinin davam etdirilməsi planlaşdırılır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.