Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında
Bakı, 23 may, AZƏRTAC
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatı sona yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, yarışın dördüncü günündə sərbəst güləş üzrə millimizin son 7 üzvü mübarizəyə qoşulub və onlardan 3-ü finala yüksəlib.
Yusif Abdullayev (38 kiloqram) ukraynalı İvan Vasilkov (10:0), ermənistanlı Norayr Gevorqyan (11:0) və belçikalı Mohammad Bisultanova (13:1) tam üstünlüklə qalib gəlib. Yusif finalda gürcüstanlı Rezi Yobidzeylə güləşəcək.
Elman İsmayılov (41 kiloqram) gürcüstanlı Giorgi Kavelidze (tuş), belaruslu Yevgeni Latantsov (tuş) və ermənistanlı Tiqran Ağacanyana (11:0) vaxtından əvvəl qalib gələrək adını finala yazdırıb. Elman həlledici görüşdə bolqarıstanlı Simyon Velikovla üz-üzə gələcək.
Məhəmməd Kərimov (44 kq) polşalı Qabriel Mateyko (10:0) və ermənistanlı Aleks Qazaryanı (3:2) mübarizədən kənarlaşdırıb. Yarımfinalda ukraynalı Arsen Pijuka 3:5 hesabı ilə məğlub olan Məhəmməd sabah bürünc medal uğrunda güləşəcək.
Adəm Quliyev (52 kiloqram) bolqarıstanlı Petro Karlanqaç (12:0), ermənistanlı Narek Dallakyan (6:2) və israilli Ron Brilmana (10:0) gücünü göstərərək finala vəsiqə qazanıb. Adəm həlledici görüşdə Badruddin Maqomedovla mübarizə aparacaq.
Yusif Hüseynov (62 kiloqram) türkiyəli Yusuf Ayaz (13:0) və ermənistanlı Mer Papikyanı (8:6) üstələsə də, yarımfinalda gürcüstanlı İoane Qavaşelişviliyə 3:5 hesabı ilə məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
Əli Baloğlanov (48 kiloqram) təsnifat mərhələsində gürcüstanlı Zurab Dotiaşviliyə (0:11), Yılmaz Səmədov (57 kq) isə 1/8 finalda bolqarıstanlı Emre Erkanova (2:4) uduzub.