Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb

Bakı, 23 may, AZƏRTAC

Mayın 22-də Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələr forumun son günündə də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, WUF13 tədbirinin altıncı günü çərçivəsində çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub, rəsmi bağlanış mərasimi və bayraqendirmə mərasimi keçirilib.

Forum çərçivəsində “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda qadınların dəyirmi masası keçirilib. Tədbirdə BMT-nin Baş katibinin müavini Amina Mohammed, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Böyük Britaniya Lordlar Palatasının üzvü, Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland iştirak ediblər. Sessiyada qadınların mənzil və torpaq hüquqlarının gücləndirilməsi, inklüziv şəhər inkişafı, təhlükəsiz şəhər mühiti və dayanıqlı urbanizasiya məsələləri müzakirə olunub. Çıxışlarda inklüziv mənzil siyasətlərinin hazırlanmasının, qadınların maliyyə və kredit resurslarına çıxış imkanlarının genişləndirilməsinin, həmçinin onların şəhərsalma və qərarqəbuletmə proseslərində daha fəal iştirakının daha dayanıqlı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılmasında mühüm rol oynadığı qeyd edilib.

WUF13 çərçivəsində keçirilən “Münaqişədənsonrakı şəhər yenidənqurması: Humanitar minatəmizləmənin kritik rolu” mövzusunda sessiyada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edib. Sessiyada postmünaqişə dövründə mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsiri, dayanıqlı şəhər inkişafı və əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.

Çıxışında Vüqar Süleymanov mina təhlükəsinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində bərpa prosesini ləngitdiyini, inkişaf imkanlarını məhdudlaşdırdığını və insanların təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib. O qeyd edib ki, Azərbaycan 2020-ci ildən etibarən humanitar minatəmizləmə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib, indiyədək 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 250 mindən artıq mina və partlayıcı qurğu zərərsizləşdirilib. Bildirilib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.

Bakının ev sahibliyi etdiyi WUF13 tədbiri çərçivəsində “Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında dayanıqlı bərpa, məskunlaşma və inkişaf” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, eləcə də “Chapman Taylor” qrupunun İdarə Heyətinin direktoru Marselina Zielinski çıxış ediblər. Sessiyada işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi, dayanıqlı məskunlaşma, müasir şəhərsalma yanaşmaları və postmünaqişə dövründə şəhər inkişafı məsələləri müzakirə olunub. Qeyd edilib ki, regionda həyata keçirilən layihələr “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun şəkildə icra olunur. Yeni yaşayış məntəqələrində dayanıqlı infrastrukturun qurulması, yaşıl enerji həllərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, sosial obyektlərin inşası və əhalinin rahat yaşayışının təmin edilməsi istiqamətində geniş tədbirlər görülür.

Eyni zamanda, WUF13 çərçivəsində yerli xalqların hüquqları ilə bağlı ilk tədbir keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da çıxışı zamanı bildirib ki, yerli xalqlar bəşəriyyətin mədəni yaddaşını və tarixi irsini yaşadan əsas daşıyıcılardır. O vurğulayıb ki, onların hüquqlarının müdafiəsi təkcə hüquqi və siyasi deyil, həm də mənəvi və humanitar bir öhdəlikdir. Rəvan Həsənov əlavə edib ki, urbanizasiya prosesləri heç bir halda yerli xalqların və etnik icmaların öz kimliyini, dilini və mədəni yaddaşını itirməsinə səbəb olmamalıdır, əksinə, şəhərlər müxtəlif etnik və dini icmaların özlərini təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri inklüziv məkana çevrilməlidir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının son günü çərçivəsində yekun mətbuat konfransı keçirilib. Konfransda BMT-nin Baş katibinin müavini Amina Mohammed, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero iştirak ediblər.

Anar Quliyev rəsmi bağlanış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbir Bakı şəhərini şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirib. Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi təkcə region üçün deyil, həm də qlobal urbanizasiya gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. O qeyd edib ki, 6 gün davam edən tədbir çərçivəsində 58 mindən çox iştirakçı qeydə alınıb. Eyni zamanda, müxtəlif ölkələrdən 400-dən çox spiker forumda çıxış edib, onlardan 60 nəfəri isə Azərbaycandan olub.

WUF13-ün milli koordinatoru Anar Quliyev bildirib ki, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun gələcək ev sahibi ölkələri üçün təşkilati təlimatların hazırlanması məqsədilə UN-Habitat ilə niyyət məktubu imzalayıb. Onun sözlərinə görə, bu təşəbbüs forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına töhfə verəcək.

Anaklaudia Rossbax isə çıxışında WUF13-ün rekord sayda iştirakçını bir araya gətirdiyini və qlobal mənzil gündəliyi ilə bağlı vahid mesaj formalaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, tədbirdə çox sayda dövlət başçısı və nazirin iştirakı sessiyanın beynəlxalq siyasi və institusional önəmini bir daha təsdiqləyir. O əlavə edib ki, WUF13 ərzində ümumilikdə 580-ə yaxın sessiya keçirilib, burada dayanıqlı şəhər inkişafı, iqlim davamlılığı, inklüziv urbanizasiya və gələcəyin şəhərləri ilə bağlı geniş müzakirələr aparılıb. Anaklaudia Rossbax qeyd edib ki, dünya mənzil təminatının gələcəyi həlledici mərhələyə qədəm qoyub və artıq lokal təşəbbüslərdən sistemli transformasiyaya keçid qaçılmazdır.

Azərbaycanda keçirilən WUF13 rekord nəticələr və diqqətçəkən məqamlarla yekunlaşıb. Qlobal şəhərsalma gündəliyinin inkişafı, tərəfdaşlıqların genişlənməsi və gələcək əməkdaşlıq imkanlarının gücləndirilməsi baxımından forum mühüm platforma rolunu oynayıb. WUF13-də ümumi iştirakçı sayı 176 ölkədən (o cümlədən ən azı 3000 onlayn iştirakçı olmaqla) 58000 nəfəri ötüb. Bu göstəricilər forumun 24 illik tarixində WUF13-ün ən böyük sessiya kimi yadda qalmasına səbəb olub. Forum gender bərabərliyi baxımından da mühüm nəticə əldə edib — iştirakçıların 55 faizindən çoxunu qadınlar və qızlar təşkil edib.

BMT-nin Baş katibinin müavini Amina Mohammed çıxışı zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlığını ifadə edib, tədbirin uğurla təşkili üçün Azərbaycan Hökuməti ilə BMT-nin Məskunlaşma Proqramının vahid komanda kimi fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, Azərbaycanın öz ərazilərində həyata keçirdiyi yenidənqurma, davamlı sülh və inkişaf prosesi infrastrukturun bərpası, icmaların reinteqrasiyası və iqtisadi potensialın reallaşdırılması baxımından nümunə kimi dəyərləndirilir.

Forumun əsas nəticəsi isə “Bakı Fəaliyyətə Çağırış” (Baku Call to Action) sənədinin qəbul edilməsi olub. Sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir. Eyni zamanda, Azərbaycan Respublikası Hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və yaradılmış səmərəli dialoq mühitinə görə təşəkkür ifadə olunub.

Forumun yekunları üzrə qəbul edilən və mühüm irs sənədlərindən biri hesab olunan “Sədrin Xülasəsi” (Chair Summary) şəhərsalma və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini özündə əks etdirib. Sənəddə şəhərlərin dayanıqlılığı, əlçatan mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv şəhərsalma sahəsində praktiki həllərin birgə hazırlanmasının vacibliyi vurğulanır, eyni zamanda, qlobal mənzil böhranının aradan qaldırılması istiqamətində beynəlxalq gündəliyin təşviqi ön plana çəkilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, postmünaqişə bərpası və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasət və strateji liderlik xüsusi vurğulanıb.

WUF13-ün yekun nəticələrinin və “Bakı Fəaliyyətə Çağırış” sənədinin 2026-cı ilin iyul ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına da mühüm töhfə verəcəyi gözlənilir.

Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə təşkil edilən Liderlər Sammitində 27 dövlət və hökumət başçısı iştirak edib. Forum çərçivəsində 150-dən çox nazir, 130-dan artıq şəhər başçısı, BMT-nin Baş katibinin müavini və bir sıra yüksəksəviyyəli rəsmilər təmsil olunublar. WUF13-ün əsas yenilikləri sırasında Bakı Urban Mükafatı, Biznes və İnnovasiya Hub-ı, WUF Akademiyası kampusu və Təcrübələr Hub-ı xüsusi yer tutub.

Mayın 22-də Bakı Olimpiya Stadionunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının bağlanış mərasimi keçirilib. Mədəni proqramda milli ritmlər və rəqslər nümayiş olunub, muğam ifa edilib.

Rəsmi bağlanış mərasimi çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun sədrlik funksiyası Azərbaycandan Meksikaya təhvil verilib. Növbəti WUF sessiyasının 2028-ci ildə Mexiko şəhərində keçirilməsi planlaşdırılır.

Tədbirin rəsmi bağlanışını simvolizə edən bayraqların endirilməsi mərasimi də keçirilib. Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının endirilməsi Bakı Olimpiya Stadionunda baş tutub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Ərdoğan: Türkiyə qarşıya qoyulan hədəflərə doğru qətiyyətli addımlarını davam etdirir

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

"Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək

Bu saata olan əsas xəbərlər

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

® “Rabitəbank” Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir

® “Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Türkiyənin bir sıra vilayətlərində güclü leysan yağışları daşqın və selə səbəb olub

QHT sədri: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın qlobal urbanizasiya rolunu təsdiqlədi

“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelindən

Müdafiə naziri: Azərbaycan dövləti regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib

Qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri - ŞƏRH

Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır

Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İyul–avqust aylarında “MDU EcoTech - Camp 2026” layihəsi reallaşacaq

Prezidentin Mətbuat Xidmətinin məlumatı

® “Avrora Qrup” Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib

“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

WUF13 Azərbaycanın şəhərsalma mədəniyyətini və beynəlxalq nüfuzunu dünyaya təqdim etdi ŞƏRH

Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Aqrar Xidmətlər Agentliyinin sədri Balakəndə müraciətləri dinləyib, təsərrüfatlara baş çəkib

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

Qarabağ Universitetində tələbə və gənclərin Beynəlxalq BMT Modeli Konfransı yekunlaşıb

İspaniyanın Kralı VI Felipedən

“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib

“Caspian Energy” jurnalının Maldiv Respublikasına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!

ABŞ Dövlət katibi: TRIPP regionda sülhün təşviqi istiqamətində atılan addımdır

Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb

Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

Bakıda keçirilən WUF13 qlobal şəhərsalma gündəmində mühüm hadisəyə çevrildi ŞƏRH

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi

Paytaxtın üç rayonunda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq

Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı fəaliyyətə başlayıb

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün növbəti peşə tanınması üzrə imtahanın tarixi açıqlanıb

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib

Azərbaycan Respublikasında 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 15 oktyabr və 2026-cı il 27 aprel tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İsveçin hakimiyyət orqanları enerji içkilərinin gənclərin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Şəffaflıqdan etimada: Audit sistemində yeni düşüncə modeli

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanda müasir şəhərsalma iqtisadi və rəqəmsal inkişaf baxımından strateji rol oynayır

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır

“AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib

On dörd il əvvəl törədilmiş qəsdən adamöldürmə cinayətinin üstü açılıb

TƏBİB hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyasını həyata keçirir

Doktoranturada SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır

“Ulduz” jurnalının yeni nömrəsində...

Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb

Siyasi şərhçi: “Bakı Fəaliyyətə Çağırış” sənədi Qarabağın bərpa modelini və urbisid problemini xüsusi vurğulayır

Bayram günlərində "802 Qaynar Xətt"i vətəndaşlara vatsap üzərindən xidmət göstərəcək

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

“Sea Breeze”də 50 min tamaşaçı tutumu olan “Dream Arena”nın tikintisi planlaşdırılır

Səyyarə İbadullayeva: 28 May milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilmiş imtahanın nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rövzət Qasımov: Son iki ildə çap imkanları daha da genişləndirilib

Azərbaycan və BƏƏ arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın basketbol milliləri Avropa çempionatına Belarusda hazırlaşacaqlar

Müstəqillik Günü xalqımızın azadlıq iradəsinin simvoludur ŞƏRH

Rusiyanın Rostov vilayətindən Azərbaycana 43 ton qarışıq yem ixrac edilib

Ağsu, Şamaxı və İsmayıllı rayonlarında ət kəsimi məntəqələrində məlumatlandırıcı buklet və flayerlər paylanılıb

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib