Ağstafada mikroavtobusla minik avtomobilləri toqquşub, 13 nəfər yaralanıb VİDEO
Tovuz, 8 may, AZƏRTAC
Ağstafa rayonunda mikroavtobusla minik avtomobilləri toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı mikroavtobus, “VAZ 2106” və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 13 nəfər yaralanıb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına və Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.